https://sputnik.az/20240605/bakubus-seherlerarasi-sernisindasimada-hansi-avtobuslardan-istifade-edir-resmi-aciqlama-465151275.html
"BakuBus" şəhərlərarası sərnişindaşımada hansı avtobuslardan istifadə edir? Rəsmi açıqlama
"BakuBus" şəhərlərarası sərnişindaşımada hansı avtobuslardan istifadə edir? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Əsmər Əliyeva onu da bildirib ki, "BakuBus"un şəhərlərarası sərnişindaşımada iştirakı davamlı olacaq. 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T13:23+0400
2024-06-05T13:23+0400
2024-06-05T13:35+0400
bakubus
cəmiyyət
avtobus
gəncə
avtovağzal
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172921_0:145:3123:1902_1920x0_80_0_0_f62be5f6d5b876fd18e02641a1920245.jpg
BAKI, 5 iyun — Sputnik. "Bakı-Gəncə" və "Bakı-Mingəçevir" marşrut xətti üzrə sərnişinləri daşıyacaq avtobusların markası açıqlanıb. Qeyd edək ki, "Bakı-Gəncə" və "Bakı-Mingəçevir" marşrut xətti üzrə "BakuBus" avtobuslarının istifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılansa da, onlar şəhərdaxili "BakuBus" avtobuslarının oturacaqlarının narahat olduğunu, bu avtobuslarla rayonlara səfərlərin çətin olacağından narahatlıqlarını ifadə ediblər. "BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərnişinlər sözügedən istiqamətlərə Bakı və Bakıətrafı sərnişindaşımada istifadə edilən "İveco" markalı avtobuslarla daşınmayacaq. Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımada müasir sərnişindaşıma tələblərinə cavab verən "Neoplan" markalı, 48 oturacağa malik, komfortlu avtobuslar istifadə edilir. Bu istiqamətlərə "BakuBus" avtobusları ilə getmək istəyən sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən, Gəncə Avtovağzalından və biletim.az portalından ala bilərlər. Ə.Əliyeva onu da bildirib ki, şəhərlərarası xidmət göstərən "BakuBus" avtobuslarında xüsusi təlim proqramından keçmiş sürücülər xidmət göstərirlər. Bu isə sərnişinlərin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Ə.Əliyeva onu da bildirib ki, "BakuBus"ın şəhərlərarası sərnişindaşımada iştirakı davamlı olacaq. Bundan sonra digər şəhərlərə də "BakuBus" avtobusları ilə sərnişindaşımanın həyata keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, "BakuBus" həm də paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172921_197:0:2926:2047_1920x0_80_0_0_2888c02c3b86535b12fe334d91925376.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakubus, avtobus, gəncə, avtovağzal
bakubus, avtobus, gəncə, avtovağzal
"BakuBus" şəhərlərarası sərnişindaşımada hansı avtobuslardan istifadə edir? Rəsmi açıqlama
13:23 05.06.2024 (Yenilənib: 13:35 05.06.2024) Əsmər Əliyeva onu da bildirib ki, "BakuBus"un şəhərlərarası sərnişindaşımada iştirakı davamlı olacaq.
BAKI, 5 iyun — Sputnik. "Bakı-Gəncə" və "Bakı-Mingəçevir" marşrut xətti üzrə sərnişinləri daşıyacaq avtobusların markası açıqlanıb.
Qeyd edək ki, "Bakı-Gəncə" və "Bakı-Mingəçevir" marşrut xətti üzrə "BakuBus" avtobuslarının istifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılansa da, onlar şəhərdaxili "BakuBus" avtobuslarının oturacaqlarının narahat olduğunu, bu avtobuslarla rayonlara səfərlərin çətin olacağından narahatlıqlarını ifadə ediblər.
"BakuBus" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərnişinlər sözügedən istiqamətlərə Bakı və Bakıətrafı sərnişindaşımada istifadə edilən "İveco" markalı avtobuslarla daşınmayacaq. Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımada müasir sərnişindaşıma tələblərinə cavab verən "Neoplan" markalı, 48 oturacağa malik, komfortlu avtobuslar istifadə edilir.
Bu istiqamətlərə "BakuBus" avtobusları ilə getmək istəyən sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən, Gəncə Avtovağzalından və biletim.az portalından ala bilərlər. Ə.Əliyeva onu da bildirib ki, şəhərlərarası xidmət göstərən "BakuBus" avtobuslarında xüsusi təlim proqramından keçmiş sürücülər xidmət göstərirlər. Bu isə sərnişinlərin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir.
Ə.Əliyeva onu da bildirib ki, "BakuBus"ın şəhərlərarası sərnişindaşımada iştirakı davamlı olacaq. Bundan sonra digər şəhərlərə də "BakuBus" avtobusları ilə sərnişindaşımanın həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, "BakuBus" həm də paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.