https://sputnik.az/20240605/azerbaycanda-dizel-avtobuslar-dovriyyeden-cixarilacaq-465159013.html
Azərbaycanda dizel avtobuslar dövriyyədən çıxarılacaq
Azərbaycanda dizel avtobuslar dövriyyədən çıxarılacaq
Sputnik Azərbaycan
Nazirlik rəsmisi deyib ki, həm dövlət həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji... 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T15:10+0400
2024-06-05T15:10+0400
2024-06-05T15:42+0400
avtobus
azərbaycan xəbərləri
dizel
dövriyyə
azərbaycan
bakı
enerji
https://cdnn1.img.sputnik.az/img/42367/11/423671165_0:217:3072:1945_1920x0_80_0_0_2a4d2591ad027e9843eeca9e31a77437.jpg
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda hazırda 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva Bakı Enerji Həftəsi çərçivəsində Baku Expo Mərkəzində keçirilən "İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı" mövzusunda paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşürdü:Nazirlik rəsmisi deyib ki, həm dövlət, həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur. Xatırladaq ki, keçən ilin sentyabrında Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/11/423671165_341:0:3072:2048_1920x0_80_0_0_8f461b87de58d0fb4cc431a0f6c9e507.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, dizel, dövriyyə, azərbaycan, bakı, enerji
avtobus, dizel, dövriyyə, azərbaycan, bakı, enerji
Azərbaycanda dizel avtobuslar dövriyyədən çıxarılacaq
15:10 05.06.2024 (Yenilənib: 15:42 05.06.2024) Nazirlik rəsmisi deyib ki, həm dövlət həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur.
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda hazırda 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva Bakı Enerji Həftəsi çərçivəsində Baku Expo Mərkəzində keçirilən "İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı" mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşürdü:
"Hazırda isə bu rəqəm bir qədər azalıb. Buna səbəb ölkə başçısı İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı apardığı önəmli siyasətlə bağlıdır. Xüsusilə bu il ölkəmizdə keçiriləcək COP29 ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. COP29-la əlaqədar bu ilin sentyabrınadək Azərbaycana "BYD" şirkətinin istehsalı olan 160 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub. Həmçinin 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada "Brutto müqavilə" modelinə keçidin təmin edilməsi planlaşdırılır. Bununla da dizel avtobusların tamamilə dövriyyədən çıxarılaraq elektrik avtobuslar ilə əvəzlənməsi gözlənilir. Artıq 2026-cı ildə 1100 ədəd elektrik avtobusun istismara daxil olması planlaşdırılır".
Nazirlik rəsmisi deyib ki, həm dövlət, həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur.
Xatırladaq ki, keçən ilin sentyabrında Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.