Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın səfiri Azərbaycanın Avrasiyada birləşdirici halqa kimi əhəmiyyəti barədə

© iStock.com / IstimagesXəritə
Xəritə - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Diplomat bildirib ki, hazırda Rusiya və Azərbaycan arasında qarşılıqlı hesablaşmaların təxminən 60%-i manat və rublla həyata keçirilir.
BAKI, 5 iyun - Sputnik. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi hazırda Rusiya və Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr arasında Süveyş kanalı ilə rəqabət aparmaq və böyük Avrasiya məkanında nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə artırmaq üçün hər cür şansa malik olan layihədir. Bu fikri Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "Utro" jurnalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisindən keçən bu nəqliyyat-logistika arteriyasının tam gücünə - ildə 15 milyon tondan çox yük daşımasına imkan verəcək hüquqi bazanın formalaşdırılması istiqamətində intensiv işlər aparılır. Ötən il Rusiya-Azərbaycan sərhədi ilə dəmir yolu daşımalarının həcmi 8 milyon tona yaxın olub.

"Rusiyaya qarşı misli görünməmiş ayrı-seçkilik xarakterli sanksiyaların tətbiqi və tərəfdaşlarımıza təzyiqlərin artması fonunda sabit, müstəqil maliyyə infrastrukturunun yaradılması üçün birgə fəaliyyətin əhəmiyyəti artır. İndi hamıya aydındır ki, bu, kollektiv Qərbin deyil, öz milli maraqlarına cavab verən müstəqil siyasi kursunu həyata keçirməyə çalışan istənilən dövlətin milli təhlükəsizliyi üçün son dərəcə vacibdir. Bu gün ölkələrimiz arasında qarşılıqlı hesablaşmaların təxminən 60%-i manat və rublla həyata keçirilir. Əminəm ki, bu rəqəm bundan sonra da artacaq", - səfir bildirib.

© Photo : MFARusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov, arxiv
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri  Mixail Yevdokimovu qəbul edib - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov, arxiv
Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin bərpası məsələsinə toxunan diplomat bildirib ki, bu istiqamətdə işlər baş nazir müavinlərinin himayəsi altında kommunikasiyaların bloklanması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində həyata keçirilir.

"Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə alternativ marşrutun yaradılması ilə bağlı razılaşmalar var. Biz ondan çıxış edirik ki, bu layihənin həyata keçirilməsi Rusiya-Azərbaycan-İran xətti boyunca Şimal-Cənub BND-nin qərb qolunun inkişafına töhfə verəcək", - səfir qeyd edib.

M.Yevdokimov bildirib ki, Azərbaycanın regionda birləşdirici halqa kimi əhəmiyyətini nəzərə alaraq, Rusiya Avrasiyada çoxtərəfli formatlar, ilk növbədə MDB, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans (AQFETK) və digərləri çərçivəsində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün də böyük potensial görür.
Daha sonra səfir ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olaraq regionlararası əməkdaşlıqdan danışıb.
"Rusiya Federasiyasının 80-ə yaxın subyekti Azərbaycan Respublikası ilə əlaqələr saxlayır. Rusiya regionları ilə azərbaycanlı tərəfdaşlar arasında 30 ildən artıq inkişaf edən əlaqələr öz aktuallığını və kifayət qədər yüksək effektivliyini sübut edib. Bu ilin fevralında Mineralnıye Vodıda XII Rusiya-Azərbaycan regionlararası forumu uğurla keçirilib. Növbəti 2025-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır", - səfir fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov, arxiv - Sputnik Azərbaycan, 1920, 05.06.2024
RUSİYA
Aİ missiyası açıq-aşkar anti-Rusiya, anti-Azərbaycan və anti-İran xarakter alır - Səfir
Xəbər lenti
0