Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ missiyası açıq-aşkar anti-Rusiya, anti-Azərbaycan və anti-İran xarakter alır - Səfir

© Sputnik / Murad OrujovRusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov, arxiv
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov, arxiv - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Diplomat Cənubi Qafqazda istənilən regional və ikitərəfli problemin “3+3” Məşvərət Regional Platformasının 2023-cü ildə baş tutmuş ikinci görüşü zamanı razılaşdırılmış “regional məsuliyyət” prinsipinə uyğun olaraq həll edilməli olduğuna əminliyini ifadə edib.
BAKI, 5 iyun - Sputnik. "Rusiya Azərbaycan və Ermənistan arasında davam edən münasibətlərin normallaşması prosesini, o cümlədən mayın 10-da və 11-də Almatıda iki ölkənin xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqları alqışlayır". Bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov “Utro” jurnalına müsahibəsində deyib.
Onun qənaətinə görə, bu, Cənubi Qafqazda davamlı sülh və firavanlığa nail olmaq üçün daha bir addımdır. Səfir bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iki müttəfiq ölkəmiz arasında barışıq prosesi üçün alternativsiz “yol xəritəsi” müəyyən etməsi vacibdir.

"Söhbət sülh müqaviləsinin işlənib hazırlanması və bağlanmasından, regionda nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası və demarkasiyasından, vətəndaş cəmiyyətləri arasında müntəzəm təmasların qurulmasından gedir. Bu baxımdan biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsini dəstəkləyirik. Hesab edirik ki, o, davamlı, balanslaşdırılmış və qarşılıqlı məqbul olmalıdır", - səfir bildirib.

Diplomat vurğulayıb ki, lazım gələrsə, Rusiya tərəflərə məsləhətçi yardım göstərməyə hazırdır.
M.Yevdokimov Bakı ilə İrəvan arasında münasibətlərin Azərbaycana və Rusiyaya edilən xarici təzyiq kontekstində də qiymətləndirib:

"Xarici təzyiqlərə gəlincə, aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-ABŞ-Aİ yüksək səviyyəli görüşü xarici qüvvələrin regionun işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsinin bariz nümunəsidir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə səsləndirdiyi qiymətləndirmə ilə tam razıyıq ki, görüşün məqsədi Cənubi Qafqazda bölücü xətlər yaratmaqdır".

Səfir bu qəbildən başqa bir nümunə gətirərək Aİ-nin Ermənistandakı hazırkı müşahidə missiyasına diqqət çəkib.
Bildirib ki, missiya Kanadadan bir “mütəxəssis”in əlavə edilməsi ilə faktiki olaraq şübhəli məqsədləri olan paramilitar Qərb əməliyyatına çevrilib:
"Onun heyəti artıq ən azı iki dəfə artırılıb və yeni dayaq məntəqələri açılır. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyi, hesabatlılığının olmadığını və istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən nəzarətin olmadığı təsdiqləyir. Açıq-aşkar təxribat xarakterli iş aparır, anti-Rusiya təbliğatı ilə intensiv məşğul olur, antiazərbaycan və anti-İran xarakteri alır".

"Əminik ki, Cənubi Qafqazda regional və ikitərəfli xarakter daşıyan istənilən problem oktyabrda Tehranda keçirilən “3+3” Məşvərət Regional Platformasının İştirakçıları həm erməni, həm də azərbaycanlı tərəfdaşlar olan 2023-cü il ikinci görüşü zamanı razılaşdırılmış “regional məsuliyyət” prinsipinə uyğun olaraq həll edilməlidir", - səfir fikrini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0