https://sputnik.az/20240604/turkiye-ile-cox-saglam-dialoq-var---ermenistan-xn-465132346.html
Türkiyə ilə çox sağlam dialoq var - Ermənistan XİN
Türkiyə ilə çox sağlam dialoq var - Ermənistan XİN
Sputnik Azərbaycan
Hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T14:56+0400
2024-06-04T14:56+0400
2024-06-04T15:02+0400
ermənistan xin
bölgə
türkiyə
irəvan
ermənistan
ararat mirzoyan
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/42182/74/421827485_0:160:3073:1888_1920x0_80_0_0_aee0e138bae1ff8944ae815f0e47f5bb.jpg
BAKI, 4 iyun — Sputnik. Ermənistan və Türkiyə bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edə bildilər. Xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib. Onun sözlərinə görə, İrəvanda razılaşmaların həyata keçiriləcəyinə ümid edirlər. "Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində biz bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmaya malikik" - o bildirib. Mirzoyan əlavə edib ki, Türkiyə ilə çox sağlam dialoq var. Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə malların birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb. Həmçinin 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42182/74/421827485_170:0:2901:2048_1920x0_80_0_0_8db405c0f2ba9b4a9a83272d8cf3f08c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan xin, türkiyə, irəvan, ermənistan, ararat mirzoyan, ararat mirzoyan
ermənistan xin, türkiyə, irəvan, ermənistan, ararat mirzoyan, ararat mirzoyan
Türkiyə ilə çox sağlam dialoq var - Ermənistan XİN
14:56 04.06.2024 (Yenilənib: 15:02 04.06.2024) Hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər.
BAKI, 4 iyun — Sputnik. Ermənistan və Türkiyə bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edə bildilər. Xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib.
Onun sözlərinə görə, İrəvanda razılaşmaların həyata keçiriləcəyinə ümid edirlər.
"Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində biz bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşmaya malikik" - o bildirib.
Mirzoyan əlavə edib ki, Türkiyə ilə çox sağlam dialoq var.
Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə malların birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb. Həmçinin 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.