DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sanksiyalar bir gündə nüvə yanacağı bazarındakı vəziyyəti dəyişməyəcək - MAQATE rəhbəri

© Sputnik / Константин МихальчевскийMAQATE
MAQATE - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən qəbul edilmiş Rusiyadan uran idxalını qadağan edən qanunu imzalayıb.
BAKI, 4 iyun — Sputnik. ABŞ-ın Rusiya uranına qarşı tətbiq etdiyi sanksiyaları bir gündə nüvə yanacağı bazarındakı vəziyyəti dəyişdirməyəcək.
Bu barədə "TASS" MAQATE rəhbəri Rafael Qrossinin söylədiklərinə istinadən xəbər verib.
"Bazarda dəyişikliklər olacaq, ancaq bir gün ərzində deyil. Bu, bir neçə il çəkəcək" - Qrossi deyib.
Xatırladaq ki, mayın 14-də ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən qəbul edilmiş Rusiyadan uran idxalını qadağan edən qanunu imzalayıb.
"Rosatom" dövlət holdinq şirkətinin rəhbəri Aleksey Lixaçyov bildirib ki, ABŞ şirkətləri qadağaya baxmayaraq, Rusiyadan uran məhsullarının tədarükü üçün müraciət edirlər.
Xəbər lenti
0