DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya ilə Çin arasında mühüm razılaşmalar əldə olunacaq - Peskov

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
Kremlin nümayəndəsi həmçinin vurğulayıb ki, Putinlə Cinpin Moskva və Pekin arasında enerji resurslarının tədarükü sahəsində əməkdaşlığın davam etdirilməsini qərara alıblar.
BAKI, 4 iyun — Sputnik. Rusiya Çinlə enerji resurslarının tədarükü məsələsində bütün lazımi razılaşmaların əldə olunacağına əmindir və kommersiya danışıqları davam edir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
"Hazırda davam edən kommersiya danışıqlarının aspektlərinə gəlincə, şübhəsiz ki, onlar publik formada aparılmır. Hər bir ölkənin öz maraqlarını müdafiə etməsi tamamilə normaldır. Danışıqlar davam edəcək, çünki bunun üçün iki ölkə rəhbərliyinin siyasi iradəsi var. Kommersiya məsələlərinin əlaqələndirilməsi isə davam edəcək və biz bütün lazımi razılaşmaların əldə olunacağına şübhə etmirik" - diplomat qeyd edib.
Kreml nümayəndəsi həmçinin vurğulayıb ki, Moskva və Pekin arasında enerji resurslarının tədarükü sahəsində əməkdaşlığın davam etdirilməsi mövzusu Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında danışıqların gündəmində olub.
Xəbər lenti
0