https://sputnik.az/20240604/revan-ve-baki-konstitusiyalar-uzre-bir-birinden-narazidirlar---mirzoyan-465141704.html
İrəvan və Bakı konstitusiyalar üzrə bir-birindən narazıdırlar - Mirzoyan
İrəvan və Bakı konstitusiyalar üzrə bir-birindən narazıdırlar - Mirzoyan
Sputnik Azərbaycan
Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini... 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T19:01+0400
2024-06-04T19:01+0400
2024-06-04T19:09+0400
ararat mirzoyan
siyasət
ararat mirzoyan
konstitusiya
bakı
irəvan
irəvan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/08/457541028_0:0:2930:1648_1920x0_80_0_0_eb01a0ec73492ae8476503403674f803.jpg
BAKI, 4 iyun — Sputnik. Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib. Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir, nazir əlavə edib. Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır: "Bu, Ermənistanın daxili işidir". Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində Baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, "Dağlıq Qarabağ"ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
irəvan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/08/457541028_113:0:2842:2047_1920x0_80_0_0_fc514e71de48846aa104f182b2c116f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, ararat mirzoyan, konstitusiya, bakı, irəvan, irəvan
ararat mirzoyan, ararat mirzoyan, konstitusiya, bakı, irəvan, irəvan
İrəvan və Bakı konstitusiyalar üzrə bir-birindən narazıdırlar - Mirzoyan
19:01 04.06.2024 (Yenilənib: 19:09 04.06.2024) Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır.
BAKI, 4 iyun — Sputnik. Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib.
Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir, nazir əlavə edib.
Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır: "Bu, Ermənistanın daxili işidir".
Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində Baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, "Dağlıq Qarabağ"ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.