https://sputnik.az/20240604/qarabag-universitetinde-bu-sexslere-elave-teqaud-verilecek-462877012.html
Bu şəxslər Qarabağ Universitetində pulsuz oxuyacaqlar
Bu şəxslər Qarabağ Universitetində pulsuz oxuyacaqlar
Sputnik Azərbaycan
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T12:42+0400
2024-06-04T12:42+0400
2024-06-04T13:35+0400
universitet
qarabağın dirçəlişi və reinteqrasiyası
qarabağ
pedaqoji universitet
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_0:0:3071:1728_1920x0_80_0_0_4e364fdbe13bb20ed459bf9ae4631e1b.jpg
BAKI, 4 iyun — Sputnik. Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Bildirilib ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2. İbtidai sinif müəllimliyi 3. Riyaziyyat müəllimliyi 4. Xarici dil müəllimliyi (ingilis dili) 5. Hüquqşünaslıq 6. Beynəlxalq münasibətlər 7. Maliyyə 8. Mühasibat. Qeyd edək ki, mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub. Məlumat üçün onu da bildirək ki, Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.26.02.24Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq. Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_340:0:3071:2048_1920x0_80_0_0_afa3f6f9ae96f83dfedabcb5ed6ed1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
universitet, qarabağ, pedaqoji universitet
universitet, qarabağ, pedaqoji universitet
Bu şəxslər Qarabağ Universitetində pulsuz oxuyacaqlar
12:42 04.06.2024 (Yenilənib: 13:35 04.06.2024) Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.
BAKI, 4 iyun — Sputnik. Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. İbtidai sinif müəllimliyi
3. Riyaziyyat müəllimliyi
4. Xarici dil müəllimliyi (ingilis dili)
6. Beynəlxalq münasibətlər
Qeyd edək ki, mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub. Məlumat üçün onu da bildirək ki, Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.
Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.