Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qanda şəkərin səviyyəsini aşağı salan təbii məhsulun adı açıqlanıb

© AFP 2023 / JOEL SAGETşəkər
şəkər - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
Nutrients: Sarımsaq qanda şəkərin səviyyəsini effektiv şəkildə aşağı salır.
BAKI, 4 iyun — Sputnik. Çinin Cənub-Şərqi Universitetinin alimləri sarımsağın qanda qlükoza və xolesterinin səviyyəsini effektiv şəkildə normallaşdırdığını müəyyən ediblər.
Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Tədqiqatçılar bitki məhsulları və ədviyyatların insanın kardiometabolik sağlamlığına təsiri haqqında bu yaxınlarda dərc olunmuş 29 elmi məqalənin nəticələrini təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatda müxtəlif ölkələrdən ümumilikdə 1567 nəfər iştirak edib.
İştirak edən könüllülərin yaşı 18-80 arasında dəyişib. Qeyd olunur ki, təcrübələrdə həm sağlam insanlar, həm də 2-ci tip şəkərli diabet, işemik ürək xəstəliyi, alkoqolsuz qaraciyər piylənməsi, infarkt, hipertoniya və yumurtalıqların polikistoz sindromu ilə olan xəstələr iştirak ediblər. Tədqiqatlar zamanı sarımsaq xam və toz halında, həmçinin qida əlavələrində olaraq rasiona qəbul edilib.
Analiz göstərib ki, sarımsağın istənilən formada yeyilməsi orqanizmə hər cəhətdən müsbət təsir göstərib, qanda şəkəri və xolesterinin səviyyəsini azaltmağa kömək edib. Alimlər sarımsağın faydalı xüsusiyyətlərinin orqanizmdə allisin adlanan üzvi birləşmənin sintezini sürətləndirmək qabiliyyəti ilə bağlı olduğunu irəli sürüblər. Allisin qan dövranını normallaşdırır və qaraciyərdə piylənmənin əmələ gəlməsinin qarşısını alır.
Xəbər lenti
0