https://sputnik.az/20240604/neft-bazarinda-ne-bas-verir---qara-qizilin-qiymeti-son-dord-ayin-minimumuna-dusub-465132478.html
Neft bazarında nə baş verir - "Qara qızıl"ın qiyməti son dörd ayın minimumuna düşüb
Neft bazarında nə baş verir - "Qara qızıl"ın qiyməti son dörd ayın minimumuna düşüb
Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə... 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T13:04+0400
2024-06-04T13:04+0400
2024-06-04T14:11+0400
neft
neft-qaz
neft qiymətləri
azeri light markalı neft
"azeri light"
azeri light nefti
azeri light
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 4 iyun — Sputnik. Dünya bazarlarında neftin ucuzlaşması davam edir. Bu gün "Brent" markalı neft daha 73 sent ucuzlaşaraq 77,63 dollar olub. "Brent" nefti bazar ertəsi 3%-dən çox ucuzlaşdıqdan sonra fevralın 7-dən bəri ilk dəfə 80 dollardan aşağı düşüb. Bu gün ABŞ-nin Qərbi Texas nefti daha 87 sent ucuzlaşaraq 73,35 dollar olub. Bazar ertəsi günü bu neft 3.6% azaldıqdan sonra dörd aylıq minimuma yaxınlaşıb. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,5 dollar azalaraq 79,25 dollar təşkil edib. Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşür. "OPEC plyus" həftəsonu keçirilən iclasda ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq. Analitiklər bildirirlər ki, bazar neft hasilatının azaldılması həcminin ilin sonuna qədər yerində qalacağını gözləyirdi. Lakin 2024-cü ilin sentyabr ayının sonundan məhdudiyyətlər yumşaldılacaq. Bu, "Brent" markalı xam neftin ucuzlaşmasına səbəb olub. İnvestorlar qeyri-müəyyən iqtisadi fonda artan təklifi də qiymətləndirirlər. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq. Dünyada ən böyük neft idxalçısı Çində də iqtsadi vəziyyətin durğun olması əhval-ruhiyyəyə mənfi təsir edir. Xatırladaq ki, bazar günü energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib. İclasda mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar "OPEC plyus" ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib. Əlavə edək ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, neft qiymətləri, azeri light markalı neft, "azeri light", azeri light nefti, azeri light
neft, neft qiymətləri, azeri light markalı neft, "azeri light", azeri light nefti, azeri light
Neft bazarında nə baş verir - "Qara qızıl"ın qiyməti son dörd ayın minimumuna düşüb
13:04 04.06.2024 (Yenilənib: 14:11 04.06.2024) Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
BAKI, 4 iyun — Sputnik. Dünya bazarlarında neftin ucuzlaşması davam edir.
Bu gün "Brent" markalı neft daha 73 sent ucuzlaşaraq 77,63 dollar olub. "Brent" nefti bazar ertəsi 3%-dən çox ucuzlaşdıqdan sonra fevralın 7-dən bəri ilk dəfə 80 dollardan aşağı düşüb.
Bu gün ABŞ-nin Qərbi Texas nefti daha 87 sent ucuzlaşaraq 73,35 dollar olub. Bazar ertəsi günü bu neft 3.6% azaldıqdan sonra dörd aylıq minimuma yaxınlaşıb.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,5 dollar azalaraq 79,25 dollar təşkil edib.
Neft qiymətləri 2024-cü ilin sonunda tədarükün artacağına dair narahatlıqlar səbəbiylə aşağı düşür. "OPEC plyus" həftəsonu keçirilən iclasda ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq.
Analitiklər bildirirlər ki, bazar neft hasilatının azaldılması həcminin ilin sonuna qədər yerində qalacağını gözləyirdi. Lakin 2024-cü ilin sentyabr ayının sonundan məhdudiyyətlər yumşaldılacaq. Bu, "Brent" markalı xam neftin ucuzlaşmasına səbəb olub. İnvestorlar qeyri-müəyyən iqtisadi fonda artan təklifi də qiymətləndirirlər.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü "OPEC plyus" iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Dünyada ən böyük neft idxalçısı Çində də iqtsadi vəziyyətin durğun olması əhval-ruhiyyəyə mənfi təsir edir.
Xatırladaq ki, bazar günü energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.
İclasda mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar "OPEC plyus" ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Əlavə edək ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.