https://sputnik.az/20240604/ktmt-ye-herbi-yuklerin-dasinmasi-ile-bagli-muhum-teklif-465122284.html
KTMT-yə hərbi yüklərin daşınması ilə bağlı mühüm təklif
KTMT-yə hərbi yüklərin daşınması ilə bağlı mühüm təklif
Sputnik Azərbaycan
Koşanov Almatıda keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında mühüm təkliflə çıxış edib. 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T08:03+0400
2024-06-04T08:03+0400
2024-06-04T08:03+0400
ktmt
dünya xəbərləri
vyaçeslav volodin
kasım-jomart tokayev
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:3111:1750_1920x0_80_0_0_c51905fb38b3a765d6dea7a63de292ad.jpg
BAKI, 4 iyun — Sputnik. Qazaxıstan parlamentinin aşağı palatasının sədri Erlan Koşanov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin ərazisindən hərbi yüklərin daşınmasının qanunvericiliklə təmin edilməsini vacib sayır. Koşanov bunu Almatıda keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında deyib. Qeyd olunur ki, Koşanov həmkarlarına KTMT-də Qazaxıstanın təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib. Vurğulayıb ki, qurum yarandığı gündən öz aktuallığını və səmərəliliyini nümayiş etdirib. Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sədrliyi ilə keçirilən iclasda kollektiv təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri, həmçinin Parlamentlərin yaxınlaşması və KTMT-yə üzv dövlətlərin 2021-2025-ci illər üçün qanunvericilik fəaliyyətlərinin uyğunlaşdırılması üzrə Parlament Assambleyasının fəaliyyət proqramına dəyişikliklər müzakirə olunur. Bundan əvvəl Volodin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:2731:2048_1920x0_80_0_0_ad1c2c9185b87ba8376b69c4684c6a7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, vyaçeslav volodin, kasım-jomart tokayev, qazaxıstan
ktmt, vyaçeslav volodin, kasım-jomart tokayev, qazaxıstan
KTMT-yə hərbi yüklərin daşınması ilə bağlı mühüm təklif
Koşanov Almatıda keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında mühüm təkliflə çıxış edib.
BAKI, 4 iyun — Sputnik. Qazaxıstan parlamentinin aşağı palatasının sədri Erlan Koşanov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin ərazisindən hərbi yüklərin daşınmasının qanunvericiliklə təmin edilməsini vacib sayır.
Koşanov bunu Almatıda keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında deyib.
Qeyd olunur ki, Koşanov həmkarlarına KTMT-də Qazaxıstanın təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib. Vurğulayıb ki, qurum yarandığı gündən öz aktuallığını və səmərəliliyini nümayiş etdirib.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sədrliyi ilə keçirilən iclasda kollektiv təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri, həmçinin Parlamentlərin yaxınlaşması və KTMT-yə üzv dövlətlərin 2021-2025-ci illər üçün qanunvericilik fəaliyyətlərinin uyğunlaşdırılması üzrə Parlament Assambleyasının fəaliyyət proqramına dəyişikliklər müzakirə olunur.
Bundan əvvəl Volodin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.