https://sputnik.az/20240604/bazari-terk-eden-starbucks-rusiyada-emtee-nisaninin-qeydiyyati-ucun-muraciet-edib-465139044.html
Bazarı tərk edən "Starbucks" Rusiyada əmtəə nişanının qeydiyyatı üçün müraciət edib
Bazarı tərk edən "Starbucks" Rusiyada əmtəə nişanının qeydiyyatı üçün müraciət edib
Sputnik Azərbaycan
"Starbucks" Korporasiyası Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının 21, 30, 35 və 43-cü sinifləri üçün ticarət nişanından ötrü müraciətlər edib. 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T21:51+0400
2024-06-04T21:51+0400
2024-06-04T21:51+0400
rusiya
iqtisadiyyat
əmtəə
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465138878_0:320:3072:2048_1920x0_80_0_0_a1e436c3f6513e09c3ba0fb7fa4e0427.jpg
BAKI, 4 iyun — Sputnik. Daha əvvəl Rusiyada fəaliyyətini dayandıran və pərakəndə satış məntəqələrini satan "Starbucks" korporasiyası səkkiz ticarət nişanının qeydiyyatı üçün müraciət edib. Bu barədə "Rospatent"in məlumat bazasından məlum olub. Departamentdən verilən məlumata görə, "Starbucks" Korporasiyası Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının 21, 30, 35 və 43-cü sinifləri üçün ticarət nişanından ötrü müraciətlər edib. Şirkət Starbaks qəhvə, frappuccino, Starbucks, Starbucks coffee və s. kimi brendləri qeydiyyatdan keçirməyi planlaşdırır. Xatırladaq ki, "Starbucks" qəhvə şəbəkəsi 2022-ci ilin mart ayında Rusiyadakı fəaliyyətini ölkədəki məhsulların tədarükü də daxil olmaqla dayandırıb. Sonra şirkət Rusiya bazarından çıxmaq qərarını açıqlayıb. "Starbucks"un aktivlərini Anton Pinski, iş adamı Timur Yunusov (Timati) və "Sindika" şirkəti şərik olaraq əldə edərək "Stars Coffee" kafe şəbəkəsini işə salıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465138878_80:0:2811:2048_1920x0_80_0_0_6356057c66fbdb685a476b911773d365.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, əmtəə, müraciət
Bazarı tərk edən "Starbucks" Rusiyada əmtəə nişanının qeydiyyatı üçün müraciət edib
"Starbucks" Korporasiyası Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının 21, 30, 35 və 43-cü sinifləri üçün ticarət nişanından ötrü müraciətlər edib.
BAKI, 4 iyun — Sputnik. Daha əvvəl Rusiyada fəaliyyətini dayandıran və pərakəndə satış məntəqələrini satan "Starbucks" korporasiyası səkkiz ticarət nişanının qeydiyyatı üçün müraciət edib.
Bu barədə "Rospatent"in məlumat bazasından məlum olub.
Departamentdən verilən məlumata görə, "Starbucks" Korporasiyası Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının 21, 30, 35 və 43-cü sinifləri üçün ticarət nişanından ötrü müraciətlər edib. Şirkət Starbaks qəhvə, frappuccino, Starbucks, Starbucks coffee və s. kimi brendləri qeydiyyatdan keçirməyi planlaşdırır.
Xatırladaq ki, "Starbucks" qəhvə şəbəkəsi 2022-ci ilin mart ayında Rusiyadakı fəaliyyətini ölkədəki məhsulların tədarükü də daxil olmaqla dayandırıb. Sonra şirkət Rusiya bazarından çıxmaq qərarını açıqlayıb. "Starbucks"un aktivlərini Anton Pinski, iş adamı Timur Yunusov (Timati) və "Sindika" şirkəti şərik olaraq əldə edərək "Stars Coffee" kafe şəbəkəsini işə salıblar.