https://sputnik.az/20240604/bas-prokurorluq-zavodun-5-emekdasinin-olmesi-fakti-ile-bagli-arasdirma-aparir-440070422.html
Beş nəfərin öldüyü faciə ilə bağlı cinayət işi açıldı
Beş nəfərin öldüyü faciə ilə bağlı cinayət işi açıldı
Sputnik Azərbaycan
Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. 04.06.2024, Sputnik Azərbaycan
2024-06-04T10:42+0400
2024-06-04T10:42+0400
2024-06-04T10:50+0400
hadisə
baş prokurorluq
ölüm
ölüm
https://cdnn1.img.sputnik.az/img/07e8/06/03/465125567_0:20:640:380_1920x0_80_0_0_b940ed80297ee9588eb18d326f469e7d.jpg
BAKI, 4 iyun — Sputnik. "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının - Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb. Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 03.06.24“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.***Bakıda zavodda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2-si xəstəxanaya yerləşdiriib.Bu barədə TƏBİB-dən bildirilib.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.***Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.Bu barədə ASCO məlumat yayıb.Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:47 radələrində Xətai rayonunda “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda qaz balonunun partlaması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub: "Çağırış üzrə hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/03/465125567_54:0:586:399_1920x0_80_0_0_61c5303a91dec04c516efd98711e07af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, ölüm, ölüm
baş prokurorluq, ölüm, ölüm
Beş nəfərin öldüyü faciə ilə bağlı cinayət işi açıldı
10:42 04.06.2024 (Yenilənib: 10:50 04.06.2024) Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BAKI, 4 iyun — Sputnik. "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının - Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb.
Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakıda zavodda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2-si xəstəxanaya yerləşdiriib.
Bu barədə TƏBİB-dən bildirilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.
Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.
5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
Bu barədə ASCO məlumat yayıb.
Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:47 radələrində Xətai rayonunda “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda qaz balonunun partlaması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub: "Çağırış üzrə hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub".