DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Rusiyaya qarşı sanksiyalardan sonra kömürü bir yarım dəfə baha almağa başlayıb

© AP Photo / Virginia MayoAİ bayağı
Aİ bayağı - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
Bu qiymət dəyişikliyi təchizatçıların dəyişməsi ilə izah olunur: əgər 2021-ci ildə Rusiya 45% payla əsas təchizatçı idisə, 2024-cü ildə artıq Avstraliya (36%) və ABŞ (35%) liderlik edirlər.
BAKI, 4 iyun — Sputnik. Cari ilin yanvar-mart aylarında Avropa İttifaqına tədarük edilən kömürün qiyməti bir ton üçün Rusiyaya qarşı sanksiyaların tətbiqinə qədər olan əvvəlki 120 avrodan 184 avroya yüksəlib.
Bu barədə Avropa gömrüyünün məlumatlarından bəlli olub.
Beşinci sanksiya paketi çərçivəsində tətbiq edilən Rusiya kömür tədarükünə embarqoya görə, məhdudiyyətlər 2022-ci il avqustun 10-dan tətbiq olunmağa başlayıb.
2024-cü ilin yanvar-mart ayları arasında Aİ-nin daş kömürə orta xərcləri 2021-ci ildəki 987 milyon avrodan cəmi 9% artaraq 1,1 milyard avroya yüksəlib. Bununla belə, eyni dövrdə satınalmalar 29% azalaraq 2021-ci ildə ayda 8,24 milyon tondan orta hesabla 5,85 milyon tona düşüb.
Nəticədə, bir ton kömürün orta qiyməti 1,5 dəfə artaraq 184 avroya çatıb, halbuki 2021-ci ildə bu, rəqəm 120 avro olub. Dünya bazarlarında bu enerji daşıyıcısının orta qiyməti 2021-ci ildə, təqribən 138 dollar (117 avro) olub, bu ilin mart ayının sonunda isə, təxminən 133 dollara (122 avro) çatıb.
Bu qiymət dəyişikliyi təchizatçıların dəyişməsi ilə izah olunur: əgər 2021-ci ildə Rusiya 45% payla əsas təchizatçı idisə, 2024-cü ildə artıq Avstraliya (36%) və ABŞ (35%) liderlik edirlər.
Daha əvvəl bildirilmişdi ki, G7 ölkələri 2035-ci ilə qədər kömür elektrik stansiyalarını mərhələli şəkildə ləğv etməyi planlaşdırırlar.
Xəbər lenti
0