Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-nin iqtisadi göstəriciləri sanksiyalara baxmayaraq artır - Mişustin

© Sputnik / Григорий СысоевMixail Mişustin
Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
Bütün ittifaq dövlətlərində əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika qlobal artım tempini üstələyir.
BAKI, 4 iyun — Sputnik. Rusiya və Belarusa qarşı artan sanksiya təzyiqinə baxmayaraq, Aİİ-nin iqtisadi göstəriciləri artır. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Aİİ Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.
"İttifaq yaranandan bəri kənd təsərrüfatı məhsullarının həcmi təxminən iki dəfə, sənaye istehsalı isə iyirmi faizdən çox artıb" - Mişustin bildirib.
Keçən ilin sonunda "beşlik"in ümumi daxili məhsulu 3,8% artıb. Bütün ittifaq dövlətlərində əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika qlobal artım tempini üstələyir.
"Real əmək haqqı durmadan artır, işsizlik səviyyəsi azalır və bütün bunlar əlverişsiz xarici mühit, beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşması və ilk növbədə Rusiya və Belarusa qarşı artan sanksiyaların fonunda baş verir" - Mişustin vurğulayıb.
Bunun fonunda o, Aİİ-nin MDB, ŞƏT, ASEAN, BRİKS, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələri ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, İndoneziya və Monqolustanla danışıqlar aparılır.
Belarusun qədim Nesvij şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir. İclasda Avrasiya iqtisadi inteqrasiyasının dərinləşdirilməsi, o cümlədən nəqliyyat infrastrukturu, gömrük-tarif tənzimlənməsi və iqlim gündəliyi məsələlərinin müzakirəsi planlaşdırılır.
Xəbər lenti
0