Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

© iStock.com / tieroBoş sinif otağı, arxiv
Boş sinif otağı, arxiv - Sputnik Azərbaycan, 1920, 03.06.2024
Abunə olmaq
Bu ümumi təhsil müəssisələrinin siyahısı "mektebeqebul.edu.az" saytında təqdim olunub.
BAKI, 3 iyun — Sputnik. Bu gündən uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, iyunun 3-də saat 11:00-da uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Qeyd edilən ümumi təhsil müəssisələrinin siyahısı "mektebeqebul.edu.az" saytında təqdim olunub.
Xəbər lenti
0