CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uber taksi də bahalaşdı?

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidUber taksisi
Uber taksisi - Sputnik Azərbaycan, 1920, 03.06.2024
Abunə olmaq
Uber taksi şirkətindən bildirilib ki, qiymət artımına müxtəlif amillər təsir göstərir.
BAKI, 3 iyun — Sputnik. Azərbaycanda Uber operatorlarında qiymət artımı barədə məlumat yayılıb. Sosial şəbəkələrdə üç gündür ki, Uber-dən taksi sifarişlərinin 2 manat 50 qəpiklik yolu 6 manat göstərdiyi bildirilir.
Uber taksi şirkətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, qiymət artımına müxtəlif amillər təsir göstərir (hava şəraiti, sürücü azlığı, qaynar saatlar və s.).
"Təəssüf ki, biz bu prosesə müdaxilə edə bilmərik. Xoş günlər arzulayırıq" - deyə bildirilib.
Qeyd edək ki, hazırda Uber taksi operatorunun mobil platformasında minimum gediş haqqı 2 manat 40 qəpik göstərilir.
Xatırladaq ki, ötən ay "Bolt" taksi şirkəti taksilərdə gediş haqqını 9 faiz bahalaşdırıb. Şirkətdən qiymətlərdə 9 faiz bahalaşma olduğunu təsdiqləyiblər.
Xəbər lenti
0