https://sputnik.az/20240603/papuasvili-xarici-agentlerle-bagli-qalmaqalli-qanun-layihesini-imzalayib-465109178.html
Papuaşvili xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini imzalayıb
Papuaşvili xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini imzalayıb
Sputnik Azərbaycan
Mayın 28-də Gürcüstan parlamenti yeddi saatlıq müzakirədən sonra prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan... 03.06.2024, Sputnik Azərbaycan
2024-06-03T13:10+0400
2024-06-03T13:10+0400
2024-06-03T13:38+0400
gürcüstan
bölgə
imzalama
spiker
parlament
parlament
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_0:0:3073:1728_1920x0_80_0_0_b57df965add7c2085c2302c51eaed37e.jpg
BAKI, 3 iyun — Sputnik. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin vetosundan sonra parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanunu imzalayıb, sənəd qüvvəyə minib. Spiker bazar ertəsi brifinqdə deyib: "Mən Xarici Təsirdə Şəffaflıq Aktını imzaladım". Mayın 28-də Gürcüstan parlamenti yeddi saatlıq müzakirədən sonra prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan qaldıraraq onu orijinal variantında qəbul edib. 84 deputat lehinə, dördü əleyhinə səs verib. Artıq ay yarımdır ki, Tbilisidə və Gürcüstanın iri şəhərlərində davam edən küçə etirazlarına, ABŞ və Avropa İttifaqının sanksiya hədələrinə baxmayaraq, parlament bu qanunu qəbul edib. Mayın 14-də Gürcüstan parlamenti küçə etirazlarına baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də Gürcüstan prezidenti Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub və onu "Rusiya qanunu" və "qeyri-konstitusion adlandırıb. Bundan əvvəl dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Xarici Agentlər Aktı ilə əlaqədar Gürcüstanla ikitərəfli əməkdaşlığa hərtərəfli baxış elan edir və viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni siyasət tətbiq edir. Gürcüstanın hakim partiyası ABŞ-ın qərarını gülməli adlandırıb və qeyd edib ki, şantaj təhdidləri siyasəti strateji tərəfdaşlıq ruhuna uyğun gəlmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_84:0:2815:2048_1920x0_80_0_0_8723f87d46887bdf3f27e8300a00a9b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, imzalama, spiker, parlament, parlament
gürcüstan, imzalama, spiker, parlament, parlament
Papuaşvili xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini imzalayıb
13:10 03.06.2024 (Yenilənib: 13:38 03.06.2024) Mayın 28-də Gürcüstan parlamenti yeddi saatlıq müzakirədən sonra prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan qaldıraraq onu orijinal variantında qəbul edib.
BAKI, 3 iyun — Sputnik. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin vetosundan sonra parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanunu imzalayıb, sənəd qüvvəyə minib.
Spiker bazar ertəsi brifinqdə deyib: "Mən Xarici Təsirdə Şəffaflıq Aktını imzaladım".
Mayın 28-də Gürcüstan parlamenti yeddi saatlıq müzakirədən sonra prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan qaldıraraq onu orijinal variantında qəbul edib. 84 deputat lehinə, dördü əleyhinə səs verib. Artıq ay yarımdır ki, Tbilisidə və Gürcüstanın iri şəhərlərində davam edən küçə etirazlarına, ABŞ və Avropa İttifaqının sanksiya hədələrinə baxmayaraq, parlament bu qanunu qəbul edib.
Mayın 14-də Gürcüstan parlamenti küçə etirazlarına baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də Gürcüstan prezidenti Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub və onu "Rusiya qanunu" və "qeyri-konstitusion adlandırıb. Bundan əvvəl dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Xarici Agentlər Aktı ilə əlaqədar Gürcüstanla ikitərəfli əməkdaşlığa hərtərəfli baxış elan edir və viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni siyasət tətbiq edir. Gürcüstanın hakim partiyası ABŞ-ın qərarını gülməli adlandırıb və qeyd edib ki, şantaj təhdidləri siyasəti strateji tərəfdaşlıq ruhuna uyğun gəlmir.