DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Filippin prezidenti: Münaqişənin həlli təkcə Kiyev üçün sərfəli olmamalıdır

© AP Photo / EFREM LUKATSKYKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 03.06.2024
Abunə olmaq
İki ölkə liderlərinin görüşü Malakana sarayında baş tutub. Bu, ikitərəfli münasibətlər tarixində dövlət başçıları arasında ilk təkbətək dialoq olub.
BAKI, 4 iyun — Sputnik. Münaqişənin həlli təkcə Kiyev üçün deyil, bütün dünya üçün məqbul olmalıdır.
Bunu Filippin Prezidenti Ferdinand Markos Ukrayna lideri Vladimir Zelenskiyə deyib.
İki ölkə liderlərinin görüşü bazar ertəsi Malakana sarayında baş tutub. Bu, ikitərəfli münasibətlər tarixində dövlət başçıları arasında ilk təkbətək dialoq olub.
Görüş zamanı Zelenski bu il Filippində Ukrayna səfirliyinin açılacağını da bildirib və Kiyevin təklif etdiyi sülh təşəbbüslərində iştirakına görə Manilaya təşəkkür edib.
Daha əvvəl məlum olmuşdu ki, Çin Ukrayna üzrə İsveçrədə keçirilən konfransda iştirakdan imtina edib. ABŞ Prezidenti Co Bayden və Braziliya Prezidenti Lula da Silva da konfransda iştirakdan imtina etdiklərini açıqlayıblar. Bundan başqa, Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak etmək niyyətində deyil.
Xəbər lenti
0