CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dişlərinizi nə vaxt fırçalamaq daha yaxşıdır - səhər yeməyindən əvvəl, ya sonra?

© iStock.com / Yuri_ArcursDiş
Diş - Sputnik Azərbaycan, 1920, 03.06.2024
Abunə olmaq
Səhər ağız boşluğuna qulluq üçün hansı vaxtın - oyandıqdan sonra və ya artıq səhər yeməyi yediyiniz zaman daha uyğun olduğuna dair stomatoloqlar arasında fikir birliyi yoxdur.
BAKI, 3 iyun — Sputnik. Elmi baxımdan dişlərinizi yuxudan duran kimi fırçalamaq lazımdır. Bu barədə "Sputnik" radiosuna müsahibəsində stomatoloq və tibb eksperti Aleksey Antipenko danışıb.

"Səhər yuxudan oyanandan dərhal sonra dişlərimizi fırçalamaqla, gecələr çoxalmış bakteriyaların sayını azaltmış oluruq. Gecələr heç nə yemirik, qida topaları əmələ gəlmir və dişlərin səthi nə dil, nə də qida ilə təmizlənmir. Bakteriyalar çox sakit və aktiv şəkildə çoxalırlar və səhərə qədər onların sayı kifayət qədər çox olur. Ağız mayesinin pH-ı dəyişir, onun qoruyucu xüsusiyyətləri və dişlərin remineralizasiyası, yəni itirilmiş mineralları öz tərkibinə qaytarma qabiliyyəti pozulur" – Aleksey Antipenko bildirib.

Diş həkimi deyib ki, digər tərəfdən, əgər səhər yeməyində şəkərli qidalar yeməsəniz, dişlərinizi yeməkdən sonra da fırçalaya bilərsiniz.
© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidDiş
Стоматолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Diş
"Məsələn, səhər yeməyimdən sonra dişlərimi fırçalayıram. Səhər yeməyimdə çox miqdarda şəkər istifadə etmədiyimdən, emala turşu hücumu və bakteriyaların aktivliyinin artmasından qorxmuram. Əgər çox miqdarda şirin yemək yoxdursa, yeməkdən sonra dişlərimizi fırçalaya bilərik. Amma şirin səhər yeməyimiz varsa və ona çox şey daxildirsə, əlbəttə ki, ondan əvvəl flrçalamaq daha məqsədəuyğundur" - həkim bildirib.
Mütəxəssis bildirib ki, dişləri gündə iki dəfə - səhər və axşam fırçalamaq tövsiyə olunur - hər yeməkdən sonra diş məcunundan istifadə etmək olmaz.
"İstənilən diş pastasının komponentləri arasında köpükləndiricilər, flüoridlər, minerallardan başqa, aşındırıcı maddələr də var. Onlardan tez-tez istifadə etsəniz, dişlərin minası çox tez itirilir. Ona görə də yeməkdən sonra ağzınızı yaxalayın və ya fanatizm olmadan, təxminən beş dəqiqə ərzində saqqızdan istifadə edin. Nəticədə bütün yemək qalıqlarını və dişlərin üzərində yeni yaranan örtüyü bir yerə yığacaq süni qida topası meydana gəlir" - A.Antipenko məsləhət görüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0