DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bundestaq Şoltsun Rusiyaya qarşı silah ilə bağlı qərarının izah edilməsini tələb edib

© AFP 2024 / ROBERT ATANASOVSKIOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2024
Abunə olmaq
Deputatın sözlərinə görə, "özünü sülh kansleri elan edən" Almaniyanın təhlükəsizliyi üçün təhlükə yaradır.
BAKI, 3 iyun — Sputnik. Almaniya parlamentinin üzvü Sara Vaqenknext Almaniya kansleri Olaf Şoltsun nə üçün Rusiya ərazisindəki hədəflərə qarşı alman silahlarının istifadəsinə icazə vermək qərarına gəldiyini izah etməyə çağırıb.
Bu barədə "TASS" Vaqenknextin "Funke" media qrupuna verdiyi məlumatına istinadən xəbər verib.
"Mən Olaf Şoltsu kursun dəyişməsi ilə bağlı hökumət bəyanatı verməyə çağırıram. Kim Rusiyaya qarşı alman silahları ilə müharibə apararsa, son nəticədə müharibə Almaniyaya qarşı olacaq", deputat bildirib.
Onun sözlərinə görə, "özünü sülh kansleri elan edən" Almaniyanın təhlükəsizliyi üçün təhlükə yaradır. Vaqenknext vurğulayıb ki, münaqişənin daha da gərginləşməsi Üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər.
Bu yaxınlarda Almaniyanın "Bild" nəşri qeyd edib ki, Şolts Kiyevə Rusiyaya zərbə endirmək üçün alman silahlarından istifadə etməyə icazə verib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Ukrayna və onun müttəfiqləri Qərbin uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirərlərsə, dağıdıcı qüvvənin cavabını alacaqlar.
Xəbər lenti
0