Qurtuluş və Nicat Günü yəhudi xalqının tarixində ən mühüm günlərdən biridir - Putin
© Sputnik / Гавриил ГригоровVladimir Putin, arxiv
© Sputnik / Гавриил Григоров
Abunə olmaq
Qurtuluş və xilas günü yəhudi təqviminə görə 9 may 1945-ci il İyarın 26-na təsadüf edən nasist Almaniyası üzərində Qələbə günüdür.
BAKI, 2 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya yəhudilərinə və Qurtuluş və Xilas Gününü qeyd edən hər kəsə müraciətində bu günü yəhudi xalqının ən mühüm tarixlərindən biri adlandırıb. Bu barədə Rusiya Yəhudi Konqresi tərəfindən RİA Novosti-yə təqdim olunan sənəddə deyilir.
“Sizi bayram - 26 İyar yəhudi xalqının çoxəsrlik tarixində ən mühüm, əlamətdar tarixlərdən biri münasibətilə təbrik edirəm. O, dövrləri və nəsilləri birləşdirir, Böyük Qələbənin sönməz xatirəsini, nasizmi darmadağın edən, yəhudiləri və digər xalqları məhv olmaq təhlükəsindən xilas edən Qızıl Ordunun əsgər və komandirlərinin ölməz şücaətini təcəssüm etdirir. Və təbii ki, bu, ən çətin sınaqlarda mətanət və mərdlik göstərmiş, qəddar və amansız düşmənə boyun əyməyən insanlara dərin, səmimi ehtiramdır", - Rusiya liderinin məktubunda deyilir.
© AFP 2024 / Menahem KahanaYad Vaşem Holokost Memorial Kompleksi
Yad Vaşem Holokost Memorial Kompleksi
© AFP 2024 / Menahem Kahana
Putin əmin olduğunu bildirib ki, Qurtuluş və Nicat Gününün geniş şəkildə qeyd edilməsi Rusiya yəhudilərinin tarixi, dini və mədəni ənənələrini zənginləşdirir və cəmiyyətdə, xüsusən gənclər arasında yüksək mənəvi, əxlaqi, vətənpərvərlik ideallarını və dəyərlərini təbliğ edir:
"Radikal millətçilik, ksenofobiya və antisemitizmə qarşı mübarizədə səyləri birləşdirməyə xidmət edir. Planlarınızı həyata keçirməkdə sizə uğurlar və ən yaxşısını arzulayıram. Bayramınız mübarək!", - Prezidentin müraciətində deyilir.
© Sputnik / Владимир ЮдинBöyük Vətən Müharibəsi 1941-1945 Qızıl Ordu tərəfindən azad edilmiş Osventsim konsentrasiya düşərgəsinin ölən məhbuslarının dəfn mərasimi.
Böyük Vətən Müharibəsi 1941-1945 Qızıl Ordu tərəfindən azad edilmiş Osventsim konsentrasiya düşərgəsinin ölən məhbuslarının dəfn mərasimi.
© Sputnik / Владимир Юдин
Qurtuluş və xilas günü yəhudi təqviminə görə 9 may 1945-ci il İyarın 26-na təsadüf edən nasist Almaniyası üzərində Qələbə günüdür. Anma Gününün tarixi dəyişir, bu il iyunun 3-nə düşür. Bu bayram dünyanın yəhudi icmalarında qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.