Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qobustandakı qayaüstü təsvirləri gələcək nəsillərə necə çatdıraq? FOTO + Video

© Sputnik / Zullfiye GuluyevaQobustan
Qobustan - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı əməkdaşının sözlərinə görə, il başlayandan indiyədək qoruğu 40 minədək turist ziyarət edib.
BAKI, 2 iyun — Sputnik. Hava yağışlı olmasına baxmayaraq dünyada ən qədim insan məskənlərindən biri sayılan Qobustan Milli Tarix-Bədii Qoruğu yenə qonaq-qaralı idi. Mesopotamiyadan da qədim tarixə malik Qobustan abidələrini görmək üçün dünyanın müxtəlif ölkələrdən Azərbaycana üz tutan turistlər sirlərlə dolu qayaları görməyə tələsirdi. Bizim qoruğa gəlişimizin əsas məqsədi isə qayaüstü təsvirlərin necə qorunması, onların gələcək nəslə ötürülməsi üçün hansı işlərin görüldüyün öyrənməkdən ibarət idi. Bu işdə bizə bələdçiliyi Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Turan Yunus və ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova edirdi.
Sputnik Azərbaycan Qobustan Milli Tarix-Bədii Qoruğundan hazırladığı reportajı oxuculara təqdim edir.
Turan Yunusla söhbətimizə bu yaxınlarda Qobustan Milli Tarix-Bədii Qoruğunda aşkarlanan yeni sığınacaqla körpü salırıq. Həmsöhbətimiz deyir ki, Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi-tədqiqat işləri davam edir. Aparılan son tədqiqatlar zamanı Böyükdaş dağının Yuxarı səki sahəsində yeni sığınacaq aşkar edilib. İkikameralı sığınacaqda aşkar olunmuş təsvirli qayanın 3D modeli hazırlanıb. Nəticədə atlı və müxtəlif zoomorf təsvirlər müəyyən olunaraq ilk dəfə qeydiyyata alınıb. Çəkilmə üslübüna və texnikasına görə təsvirlər müxtəlif tarixi dövrlərə aid edilir.
T.Yunus deyir ki, qoruqda elmi-tədqiqat və kəşfiyyat işləri davamlı və ardıcıl xarakter daşıyır. Bundan öncəki tədqiqatlar zamanı da çoxsaylı qayaüstü təsvirlər aşkar olunaraq ilk dəfə qeydiyyata alınıb.
© Sputnik / Zullfiye GuluyevaQobustan
Qobustan - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Qobustan

"Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində 7 minə yaxın qayaüstü təsvir aşkar olunub. İllər öncə bu rəqəm 6 mindən bir qədər çox idi. Son illər müasir texnologiyalardan istifadə edilərək aşkarlanan təsvirlərin sayı artıb. Təsvirlərin çoxu üst paleolitdən başlayaraq orta əsrlərə qədər davam edir", - T. Yunus bildirib.

T.Yunus deyir ki, qoruğun ərazinin ümumi sahəsi 4500 hekatara yaxındır. Təsvirlər isə 5 dağ ərazisində tapılıb. Bunlar Böyükdaş dağı, Kiçikdaş dağı, Cingirdağ dağı, Şonqar və dağlarıdır ki, tədqiqatlar nəticəsində burada hər ay yeni təsvirlər aşkarlanır. İstifadə olunan texnologiyalar isə 3D sahəsində ən son texnologiyalardır. Onun sözlərinə görə, bəzi qayalarda təsvirləri adi gözlə görmək mümkün deyil. Ona görə yeni proqramlardan istifadə edilərək süni işıqla bu təsvirlər aşkar edilir.
© Sputnik / Zullfiye GuluyevaQobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Turan Yunus
Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Turan  Yunus - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Turan Yunus
Alim bildirir ki, Böyükdaş dağının yuxarı səkisində aşkarlanan kiçik sığınacağın daxilindəki paneldə çoxsaylı təsvirlər aşkarlanıb. Təsvirlərin bəziləri torpağın altınadək davam edir.
Turistlərin artan marağı
Biz qoruğun əməkdaşı ilə söhbət edərkən turistlər dəstə-dəstə mağaralara gəlməkdə davam edirdilər. T.Yunus da bildirdi ki, qoruğu ziyarət etməyə gələn turistlərin sayı hər il artır. Onun sözlərinə görə, il başlayandan indiyədək qoruğu 40 minədək turist ziyarət edib. Ən çox turist isə Rusiya və Hindistandan gəlir. Turistlər daş dövrünə aid təsvirləri heyranlıqla izləyirlər.
Həmsöhbətimiz deyir ki, Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun ümumdünya mədəni irs siyahısına düşdükdən sonra gücləndirilmiş şəkildə mühafizə olunur. Qayaüstü təsvirlərə yaxın ərazilərdə zolaqlar çəkilib ki, qayaların üzərindəki təsvirlər pozulmasın.
O, tarixi abidələrin gələcək nəsillərə ötürülməsi üçün görülən işlərdən də danışdı. Bildirdi ki, qayaüstü təsvirlərin elektron bazası da hazırlanıb.
© Sputnik / Zullfiye GuluyevaQobustan
Qobustan - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Qobustan

"Cingirdağ ərazisində bütün təsvirli qayaların şəkilləri çəkilərək 3D modelləri və kataloqları hazırlanıb. Bu işin davamı olaraq ən böyük dağ olan Böyük daş dağının aşağı səkisində 3D modelləşmə işlərinə başlanılıb. Gələcəkdə bu modellər elektron bazada yığılaraq gələcək nəsillərə ötürüləcək".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova da Qobustan Milli Tarix-Bədii Qoruğunun unikallığı ilə seçildiyini bildirir. İyirmi il müddətində bu qoruğa rəhbərlik etmiş M.Fərəcova Qobustan qayaüstü təsvirlərdə gizlənən sirləri aşkar etmək üçün aparılmış çoxsaylı araşdırmaların müəllifidir. M.Fərəcovanın tədqiqatçılıq fəaliyyəti nəticəsində Qobustan abidələri milli status əldə edərək tarixi abidələrin milli qeydiyyatında 26 nömrəli abidə kimi qeydə alınıb. Ölkəmizdə 3D formatda qayaüstü təsvirlərin öyrənilməsi və animasiyası da ilk olaraq M.Fərəcovaya aiddir.
© Sputnik / Zullfiye GuluyevaQobustan
Qobustan - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Qobustan
Qoruğun rəhbəri deyir ki, bu ərazidə daş dövründən son orta əsrlərə qədər həyatı əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri azərbaycanlıların əcdadları tərəfindən min illər boyu yaradılıb. Onun sözlərinə görə, Qobustan mağara rəsmləri qədim dünyanın ən məlumatverici abidələridir. Həmsöhbətimiz deyir ki, Qobustan Milli Tarix Bədii qoruğu təkcə ölkəmizin deyil, bütün Qafqazın ilk interaktiv muzeydir.

M.Fərəcova söhbət zamanı bildirir ki, 2004-cü ildə gecə fotofiksiyası zamanı sahə işləri apararkən yeni petroqliflər - iki dağ keçisinin fiqurlarını kəşf edib. Heyvanlardan birinin şəklinə salınan bir neçə nöqtə xüsusi maraq doğurur. O, deyir ki, bu heyvanlar xüsusi ayinlər və ya mistik fəaliyyətlər üçün nəzərdə tutulub.

Tədqiqatçı deyir ki, qoruqdakı mağaralar, kurqanlar, 14 min il эммэд burada insanların davamlı yaşayışının olduğunu təsdiqləyir. Bu isə qoruğum əsas unikallığıdır.
M.Fərəcova təsvirlərin qorunması üçün çox böyük işlər görüldüyünü вэ söyləyib. Bildirib ki, rəqəmsal bazanın yaradılması, radiokarbon analizlərin, tədqiqatların aparılması, 3D bazasının formalaşdırılması qoruğun gələcək nəsillərə çatdırılmasını təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sündü kəndində təndir çörəyi - Sputnik Azərbaycan, 1920, 14.07.2023
FOTO
Ənənəvi Azərbaycan çörəyi necə bişirilir
Xəbər lenti
0