ELM

"Neuralink" beyin çipi olan ilk xəstə ondan necə istifadə etdiyini izah edib

© iStock.com / AYDINOZONNeuralink
Neuralink - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Xəstə inanır ki, o, bəşəriyyət üçün əhəmiyyətli işlər görür və gələcəkdə bu cür implantlar insanların həyatını həmişəlik dəyişəcək.
BAKI, 2 iyun — Sputnik. Beynində ABŞ-ın "Neuralink" şirkətinin implant olan ilk xəstə - Nolan Arbo, demək olar ki, hər gün ondan istifadə etdiyini bildirib.
"Business Insider"ə verdiyi müsahibədə o, X sosial şəbəkəsində mesaj göndərmək, məktublara cavab vermək, komiksləri oxumaq, həmçinin yapon dilini öyrənmək üçün vebsayta daxil olmadan ötrü çipdən istifadə etdiyini etiraf edib.
Xatırladaq ki, 30 yaşlı Arbo, təxminən səkkiz il əvvəl suya tullanan zaman başınından zərbə alaraq çiyinlərindən aşağı iflic olmuşdu. 2024-cü ilin yanvar ayının sonunda ona "Neuralink" cihazı implantasiya edilib. Bu, onun orqanizmindən beyinə gedən sap kimi elektrodları olan qəbuledici kapsuldur. Çiplər xəstəyə düşüncə gücü ilə kursoru kompüter ekranında hərəkət etdirməyə imkan verir.
Arbo, gündəlik problemləri həll etmək üçün çipdən istifadə etdiyini söyləyib. Bundan əlavə, o, "Neuralink" qərargahına səfəri zamanı bir otel otağı bron etmək üçün çipdən istifadə edib. Bəzən onun günü səhər saat 7-də başlayır və saat 23-ə qədər implantdan istifadə edir. Eyni zamanda, gündə 4 saatdan 8 saata qədər cihazın işində səhvlər axtaran mütəxəssislərlə təlimlərə sərf olunur.
Kişi vurğulayıb ki, çip ona dünya, dostlar və ailə ilə "yenidən əlaqə yaratmağa", həmçinin həyat keyfiyyətini yaxşılaşdırmağa və daha müstəqil olmağa imkan verib. Arbo inanır ki, o, bəşəriyyət üçün əhəmiyyətli işlər görür və gələcəkdə bu cür implantlar insanların həyatını həmişəlik dəyişəcək.
Qeyd edək ki, neyroçip Arbonun beynində bir il qalacaq. Bundan sonra onu deaktiv etmək və ya silmək barədə qərar verəcək. Əvvəllər eksperimentin iştirakçısı bildirmişdi ki, çox güman ki, çipi saxlamaq və peyda olduğu zaman yeni versiyaya keçmək istəyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0