CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gamesummit Azərbaycanın bütün oyunçularını birləşdirib - FOTO

© Sputnik / Kemale AliyevaAzərbaycanın ən böyük oyun festivalı GameSummit 2024
Azərbaycanın ən böyük oyun festivalı GameSummit 2024 - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Festival oyun texnologiyası sahəsində ən son nailiyyətlərin nümayişi, müstəqil tərtibatçıların istedadlarının üzə çıxarılması və peşəkar oyunçularla ünsiyyət üçün platformadır.
BAKI, 2 iyun - Sputnik. Artıq iki gündür ki, “Baku Crystal Hall”da Azərbaycanın ən böyük oyun festivalı olan GameSummit 2024 keçirilir. Burada dünyanın aparıcı oyun studiyaları, bu sahənin mütəxəssisləri, eləcə də kompüter oyunları həvəskarları iştirak edir.
Layihənin əsas tərəfdaşı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Tədbir Mədəniyyət və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə mayın 31-dən iyunun 3-dək təşkil olunan “Rəqəmsal Yaradıcılıq Həftəsi” çərçivəsində keçirilir. Festival mayın 31-də britaniyalı müğənni Con Nyumanın konserti ilə başlayıb.
© Sputnik / Kemale AliyevaAzərbaycanın ən böyük oyun festivalı GameSummit 2024
В Baku Crystal Hall уже два дня проходит самый крупнейший игровой фестиваль Азербайджана GameSummit 2024 - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Azərbaycanın ən böyük oyun festivalı GameSummit 2024
Tədbirin proqramına üç əsas hissə daxildir: festival, tamaşalar və konfrans. Ziyarətçilərə slot maşınları, virtual reallıq zonası və müstəqil yerli tərtibatçıların oyun nümayişləri kimi geniş çeşiddə interaktiv əyləncələr təklif olunur.
Festivalı giriş sözü ilə Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova açıb. O, çıxışında qeyd etdi ki, tədbir rəqəmsal incəsənət və əyləncəyə həvəs göstərənlər üçün yaradıcılıq, innovasiya və texnologiyanın sonsuz imkanlarının nümayişidir.
© Sputnik / Kemale AliyevaAzərbaycanın ən böyük oyun festivalı GameSummit 2024
В Baku Crystal Hall уже два дня проходит самый крупнейший игровой фестиваль Азербайджана GameSummit 2024 - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Azərbaycanın ən böyük oyun festivalı GameSummit 2024

“Bizim yaradıcı sahələrimiz inkişaf edir. İqtisadi və sosial inkişafda onların mühüm rolunu qəbul edilir və hökumət tərəfindən dəstəklənir. İstedadın yetişdirilməsi və rəqəmsal incəsənətin təşviqi təşəbbüsləri bizim mədəniyyət siyasətimizin önündə dayanır və Azərbaycanın bu gün innovasiya və mədəniyyət mərkəzinə çevrilməsinə öz töhfəsini verib”, - Yusifova deyib.

Nazir müavini onu da əlavə edib ki, bütün bu tədbirlər 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilir.
Tədbirə aparıcı xarici və yerli ekspertlərin iştirakı ilə beynəlxalq biznes konfransı və ən yaxşı kompüter oyunu üzrə yerli şirkətlər arasında müsabiqə daxildir.
© Sputnik / Kemale AliyevaAzərbaycanın ən böyük oyun festivalı GameSummit 2024
В Baku Crystal Hall уже два дня проходит самый крупнейший игровой фестиваль Азербайджана GameSummit 2024 - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Azərbaycanın ən böyük oyun festivalı GameSummit 2024
Bundan əlavə, festival iştirakçılarına müxtəlif interaktiv əyləncələr təklif olunur: arkada maşınları, VR zonası və müstəqil yerli tərtibatçıların oyunlarının nümayişi.
Festivalda həmçinin e-İdman kateqoriyasında müxtəlif müsabiqələr, Cosplay rəqs və musiqi çıxışları (həvəskarlar tərəfindən xüsusi personajların təqdimatı və nümayişi), K-pop (Koreya pop musiqisi), həmçinin AzDimension studiyasından əvvəllər elan olunmamış oyunlar da nümayiş etdirilir. Burada ilk Azərbaycan e-idman oyununun təqdimatı da keçirilib.
Festival həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) A-hub sürətləndirilməsi proqramının 2023-cü il üzrə dünya finalına ev sahibliyi edəcək. Mükafatlandırma mərasimi iyunun 3-də Şuşada baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0