Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Füzuli peşə liseyinə tələbə qəbulu aparılacaq

© Sputnik / Nigar IskanderovaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Direktor onu da qeyd edib ki, növbəti ildən bütün peşə təhsil müəssisələrində bütün ixtisaslar üzrə iqlim ilə bağlı modul əlavə ediləcək.
BAKI, 2 iyun — Sputnik. "Füzuli peşə liseyində alternativ enerji, hibrid və elektrik avtomobillərin təmiri ixtisasları da tədris ediləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlərə açıqlamasında deyib.
C.Kərəmov bildirib ki, Qarabağda 8 peşə təhsil müəssisəsi qurulacaq:

"Hazırda Füzulidə peşə liseyinin tikintisi davam etdirilir. Növbəti tədris ilində artıq Füzuli peşə liseyinə tələbə qəbulu planlaşdırırıq. Eyni zamanda Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda peşə təhsili müəssisələrinin layihələndirmə işləri aparılır. Həmçinin həmin ərazilərdə tədris ediləcək ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasına da başlamışıq. Eyni zamanda azad olunmuş ərazilərə qayıdan 6000 vətəndaşın qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunması istiqamətində işlərə başlamışıq. Artıq 120 nəfər bu təlimlərə cəlb edilib".

Direktor onu da qeyd edib ki, növbəti ildən bütün peşə təhsil müəssisələrində bütün ixtisaslar üzrə iqlim ilə bağlı modul əlavə ediləcək.
Qeyd edək ki, növbəti tədris ilindən Qarabağ Universitetinə də qəbul aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0