DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin eksklüziv hərbi ittifaqlara qarşıdır - Nazir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidÇin bayrağı, arxiv
Çin bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Hərbi nazir bildirib ki, başqa ölkələri hədəfə alan müxtəlif qurumların yaradılması regiona təhlükəsizlik gətirməyəcək.
BAKI, 2 iyun - Sputnik. Pekin üçüncü ölkələrə qarşı eksklüziv hərbi ittifaqların və “kiçik dairələrin” yaradılmasına qarşıdır. Belə bir bəyanatla Çinin müdafiə naziri Dong Jun Sinqapurda Şangri-La Dialoq təhlükəsizlik konfransında çıxış edib.

“Çin eksklüziv hərbi ittifaqların yaradılmasına qarşıdır. Başqa ölkələri hədəfə alan müxtəlif “kiçik dairələr” regionu daha təhlükəsiz etməyəcək, əksinə, vəziyyəti daha da gərginləşdirəcək”, - Çin Mərkəzi Televiziyası nbazirin sözlərindən sitat gətirib.

Dong Jun onu da qeyd edib ki, çoxtərəfli təhlükəsizlik əməkdaşlığında Çin qapıların açılmasını və birgə sülhə nail olmağı müdafiə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0