CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayı artırılacaq

© Sputnik / Murad OrujovBakı aeroportu, arxiv
Bakı aeroportu, arxiv - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
İyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramıdır.
BAKI, 2 iyun - Sputnik. Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman istər klassik aviaşirkətlərlə, istərsə də loukosterlərlə əməkdaşlığı genişləndirməyə çalışır.
Vurğulanıb ki, Bakı hava limanı daim infrastrukturun təkmilləşdirilməsi və yeni tərəfdaşların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzərində işləyir.

“Gələcəkdə də sərnişinlər üçün səyahətlərə daha da əlçatanlığın təmin olunması məqsədilə Bakı aeroportundan uçuş həyata keçirəcək aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.

O da qeyd edilib ki, bu gün təkcə Bakıdan deyil, həm də digər hava limanlarından Türkiyə və Rusiya istiqamətlərinə uçuşlar həyata keçirilir.
“Sərnişinlərə daha sərfəli səyahət variantları təklif etmək üçün yeni aviaşirkətlərin, xüsusilə də aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması istiqamətində fəal şəkildə çalışırıq. Bununla yanaşı, yaxın zamanda regional hava limanlarından yeni reyslərin açılması gözlənilir ki, bu barədə də ictimaiyyət məlumatlandırılacaq”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0