DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Asiyada “ətyeyən xəstəlik” geniş vüsət alır: kimlər risk altındadır?

© AFP 2024 / HECTOR RETAMALQoruyucu geyimli polislər, arxiv
Qoruyucu geyimli polislər, arxiv - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Xəstəlik bütün əhali arasında sürətlə yayılır və hər üç halda birində nekroz və orqan çatışmazlığından ölümlə nəticələnir.
BAKI, 2 iyun - Sputnik. Çində “ətyeyən xəstəlik” adlı təhlükəli infeksiyanın artması qeydə alınıb. Bu xəstəliyə A qrupu streptokokları səbəb olur.
Xəstəlik bütün əhali arasında sürətlə yayılır və hər üç halda birində nekroz və orqan çatışmazlığından ölümlə nəticələnir.
NHK-nın məlumatına görə, elm adamları Çində infeksiyanın yayılmasını hələ izah edə bilmirlər. Lakin səbəblərdən birinin covid məhdudiyyətlərinin aradan qaldırılması olduğunu hesab edirlər.
© AFP 2024 / KIM WON JINDezinfeksiya işləri, arxiv
Эпидемиологическая ситуация в Корее - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Dezinfeksiya işləri, arxiv
Eyni zamanda ekspertlər qeyd edirlər ki, xəstəlik təkcə Çin sakinlərini deyil, digər ölkələri, xüsusən də Rusiyanı təhdid edir.
Bununla əlaqədar, rusiyalılara şəxsi gigiyena qaydalarına məhəl qoymamaq, mütəmadi olaraq əllərini yumaq və ictimai yerlərdə tibbi maska ​​taxmaq tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0