DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Acı yemək: sağlamlığınıza necə təsir edir

© AFP 2024 / JAY DIRECTOAcı bibər
Acı bibər - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
Acı qidaları yeyən zaman bu, yüngül ağrı və yanmaya səbəb ola bilər ki, bu da endorfin və dopamin - xoşbəxtlik və həzz hormonlarının yaranmasını təşviq edir.
BAKI, 2 iyun — Sputnik. Acı yeməklər bir çox milli mətbəxin tərkib hissəsidir. Acı olmaq yeməklərə dad və ətir əlavə edərək onlara xüsusi ləzzət verir. Lakin, epidemiologiya professoru Paul D. Terrinin qeyd etdiyi kimi, ədviyyatlı qidalar insan sağlamlığına qarışıq təsir göstərir. Bu barədə "gazeta.ru" saytı məqalə dərc edib.
© AFP 2024 / STRAcı bibər
Острый перец, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Acı bibər
"Xroniki"lərlə düz gəlmir
Bir tərəfdən, acı yeməklər həzm sistemində narahatlıq, baş ağrısı və hətta qusma yarada bilər. Böyük miqdarda bibər, vasabi, sarıkök və turp olan yeməklər bağırsaq və mədə xəstəliklərinin simptomlarını ağırlaşdıra bilər. Buna görə də xroniki xəstəliklərdən əziyyət çəkən insanlara xoşagəlməz hisslərə səbəb olarsa, acı yeməklərdən çəkinmələri tövsiyə olunur.
Faydalı xüsusiyyətləri
Bununla belə, araşdırmalar göstərir ki, acı qidalar yemək müxtəlif xəstəliklər riskinin azalması ilə əlaqələndirilir. Məsələn, acı qidalar piylənmə, ürək xəstəlikləri, xərçəng, Alzheymer xəstəliyi, mədə yanması, xoralar, tənəffüs xəstəlikləri və psixi pozğunluqlar riskini azaltmağa kömək edə bilər. Bunun səbəbi, acı qidaların tərkibində iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malik olan kapsaitsin kimi maddələrin olmasıdır.
© AFP 2024 / GAIZKA IROZAcı bibər
Острый перец, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Acı bibər
İnsanlarda xoşbəxtlik hissi yaradır
Bundan əlavə, acı qidaları yeyən zaman bu, yüngül ağrı və yanmaya səbəb ola bilər ki, bu da endorfin və dopamin - xoşbəxtlik və həzz hormonlarının yaranmasını təşviq edir. Bu, əhval-ruhiyyənin və ümumi rifahın yaxşılaşmasına səbəb ola bilər. Həkimlər hər kəsə acı yeməyə necə reaksiya verəcəyini müstəqil şəkildə müəyyən etməyi tövsiyə edirlər. Əgər belə qidalar narahatlıq yaradırsa, o zaman onlardan uzaq durmaq daha yaxşıdır. Bununla belə, acı yeməkləri yaxşı qəbul edən insanlar bədənləri üçün faydalı olduğundan onu az-az yeməyə davam edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0