https://sputnik.az/20240601/sehiyye-naziri-qlobal-istilesme-ile-bagli-xesteliklerin-sayi-artmaqdadir-465081917.html
Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır
Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masa... 01.06.2024, Sputnik Azərbaycan
2024-06-01T17:19+0400
2024-06-01T17:19+0400
2024-06-01T17:21+0400
səhiyyə
nazir
səhiyyə naziri
səhiyyə
xəstəlik
xəstəlik
qlobal istiləşmə
qlobal istiləşmə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426778309_90:0:1230:641_1920x0_80_0_0_ead3b25239588a9280bb44beb845e97f.jpg
BAKI, 1 iyun - Sputnik. Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir."Report"un xəbərinə görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masada çıxışı zamanı deyib.Nazir qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil: “Tədris proqramlarına “İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426778309_232:0:1087:641_1920x0_80_0_0_a223cb90eaec5acbe0ad707a868f0874.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazir, səhiyyə naziri, səhiyyə, xəstəlik, xəstəlik, qlobal istiləşmə, qlobal istiləşmə
nazir, səhiyyə naziri, səhiyyə, xəstəlik, xəstəlik, qlobal istiləşmə, qlobal istiləşmə
Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır
17:19 01.06.2024 (Yenilənib: 17:21 01.06.2024) Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masa keçirilib.
BAKI, 1 iyun - Sputnik. Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir.
"Report"un xəbərinə görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masada çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.
Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil: “Tədris proqramlarına “İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər”.