CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb

© AP Photo / David GoldmanNoutbuk arxasında iş
Noutbuk arxasında iş - Sputnik Azərbaycan, 1920, 01.06.2024
Abunə olmaq
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
BAKI, 1 iyun - Sputnik. Elan saytlarında mopet, playstation və mobil telefonların kreditlə satılması ilə bağlı saxta məlumatların yerləşdirildiyi və vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 2001-ci il təvəllüdlü Rəşad Adışov saxlanılıb.
Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. R.Adışovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Xəbər lenti
0