https://sputnik.az/20240601/psixoloq-cinsi-acliq-ve-xeyanetler-muasir-bosanmalarin-esas-sebebidir-465069231.html
Psixoloq: Cinsi aclıq və xəyanətlər müasir boşanmaların əsas səbəbidir
Psixoloq: Cinsi aclıq və xəyanətlər müasir boşanmaların əsas səbəbidir
Sputnik Azərbaycan
Psixoloq Samirə Bağırovanın boşanmalarla bağlı tüj ürpədən fikirləri ilə daha ətraflı videomuzda tanış ola bilərsiz. 01.06.2024, Sputnik Azərbaycan
2024-06-01T10:00+0400
2024-06-01T10:00+0400
2024-06-01T10:00+0400
video
azərbaycan
boşanma
cinsi həvəs
xəyanət
psixoloq
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465069057_0:0:1920:1080_1920x0_80_0_0_ac2a768740fdd553ec929dee7228d76b.jpg
BAKI, 30 may — Sputnik. Son illər Azərbaycan ailələrində boşanmalar rekord dərəcədə artıb. Bunun konkret bir səbəbi yoxdur. Amma səbəblər arasında xəyanətlər üstünlük təşkil edir. Psixoloq Samirə Bağırova deyir ki, əvvəllər insanlar ailənin dağılamaması üçün dözməyi seçirdilərsə, indi dözməyi seçmirlər. Psixoloq deyir ki, boşanandan sonra peşman olanların sayı çox olur. "Boşandım, canım qurtardı" deyənlər isə azlıq təşkil edir. "Əvvəllər hər şeyə qadağa qoyulduğu təqdirdə birdən-birə müasirliyə keçid dövründə informasiyanın çoxluğu, azadlıq, qadın və kişi bərabərliyi üst-üstə düşəndə sanki insan özünü itirdi və hər şeyə birdən sahib olmaq istədi. Burada da xəyanət önə gəldi. Təhlil edəndə anladım ki, bir çox şeylərin qadağan olduğu müsəlman ölkəsində insanlar haradasa bir az cinsi aclıq yaşayırlar. Nənələrimizin və analarımızın yaşadığı dövrdə hec nə danışılmırdı, hər şey gizlin qalırdı. Problem həmişə problem olaraq qalıb. Ancaq bugünkü gündə insanlar hər şeyi daha açıq dərk etməyə başladılar. Əvvəllər vücudlarının özlərininki deyilmiş kimi düşünən insanlar, bu gün bütün diqqətlərini vücudlarına fokuslandırmağa yönəltdilər. Sanki "mən varam, mənim hormanlarım var" kimi düşünənlərdə sanki cinsi azadlıq hərəkatı başlandı. Hər şey birdən olduğu üçün sanki cinsi aclıq və xəyanətlər önə gəldi. Məsələn, "ona olarsa, mənə də olar" düşüncələri yaranmağa başladı. İnsanların beyni bu şəkildə işləyir. Çoxluq nəyi edirsə, düşünürlər ki, bu doğrudur. Ancaq əslində çoxluğun etdiyi səhvdir. Bunu düşünmək lazımdır" - Bağırova deyib. Ekspertin sözlərinə görə, boşanma, yaxud ailə üzvlərindən birinin dünyasını dəyişməsi uşaqda şüuraltı psixoloji zədə yaradır. Boşanarkən insanlar uşaqlardan silah kimi istifadə edirlər. Uşaqdan istifadə etmək, atası ilə görüşdürməmək, ya da ana və atanın ailələrində qarşılıqlı bir-birilərini pisləmək uşaqda çox dərin iz buraxır. Uşaqlıq dövründə insanın bünövrəsi necə qoyulursa, o, bütün həyatına təsir edir. Psixoloq Samirə Bağırovanın boşanmalarla bağlı fikirləri ilə daha ətraflı videomuzda tanış ola bilərsiz.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465069057_240:0:1680:1080_1920x0_80_0_0_cda7cf4eda7e64aa0401207ac169f1e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, видео, boşanma, cinsi həvəs, xəyanət, psixoloq
azərbaycan, видео, boşanma, cinsi həvəs, xəyanət, psixoloq
Psixoloq: Cinsi aclıq və xəyanətlər müasir boşanmaların əsas səbəbidir
Psixoloq Samirə Bağırovanın boşanmalarla bağlı tüj ürpədən fikirləri ilə daha ətraflı videomuzda tanış ola bilərsiz.
BAKI, 30 may — Sputnik. Son illər Azərbaycan ailələrində boşanmalar rekord dərəcədə artıb. Bunun konkret bir səbəbi yoxdur. Amma səbəblər arasında xəyanətlər üstünlük təşkil edir. Psixoloq Samirə Bağırova deyir ki, əvvəllər insanlar ailənin dağılamaması üçün dözməyi seçirdilərsə, indi dözməyi seçmirlər.
Psixoloq deyir ki, boşanandan sonra peşman olanların sayı çox olur. "Boşandım, canım qurtardı" deyənlər isə azlıq təşkil edir.
"Əvvəllər hər şeyə qadağa qoyulduğu təqdirdə birdən-birə müasirliyə keçid dövründə informasiyanın çoxluğu, azadlıq, qadın və kişi bərabərliyi üst-üstə düşəndə sanki insan özünü itirdi və hər şeyə birdən sahib olmaq istədi. Burada da xəyanət önə gəldi. Təhlil edəndə anladım ki, bir çox şeylərin qadağan olduğu müsəlman ölkəsində insanlar haradasa bir az cinsi aclıq yaşayırlar. Nənələrimizin və analarımızın yaşadığı dövrdə hec nə danışılmırdı, hər şey gizlin qalırdı. Problem həmişə problem olaraq qalıb. Ancaq bugünkü gündə insanlar hər şeyi daha açıq dərk etməyə başladılar. Əvvəllər vücudlarının özlərininki deyilmiş kimi düşünən insanlar, bu gün bütün diqqətlərini vücudlarına fokuslandırmağa yönəltdilər. Sanki "mən varam, mənim hormanlarım var" kimi düşünənlərdə sanki cinsi azadlıq hərəkatı başlandı. Hər şey birdən olduğu üçün sanki cinsi aclıq və xəyanətlər önə gəldi. Məsələn, "ona olarsa, mənə də olar" düşüncələri yaranmağa başladı. İnsanların beyni bu şəkildə işləyir. Çoxluq nəyi edirsə, düşünürlər ki, bu doğrudur. Ancaq əslində çoxluğun etdiyi səhvdir. Bunu düşünmək lazımdır" - Bağırova deyib.
Ekspertin sözlərinə görə, boşanma, yaxud ailə üzvlərindən birinin dünyasını dəyişməsi uşaqda şüuraltı psixoloji zədə yaradır. Boşanarkən insanlar uşaqlardan silah kimi istifadə edirlər. Uşaqdan istifadə etmək, atası ilə görüşdürməmək, ya da ana və atanın ailələrində qarşılıqlı bir-birilərini pisləmək uşaqda çox dərin iz buraxır. Uşaqlıq dövründə insanın bünövrəsi necə qoyulursa, o, bütün həyatına təsir edir.
Psixoloq Samirə Bağırovanın boşanmalarla bağlı fikirləri ilə daha ətraflı videomuzda tanış ola bilərsiz.