https://sputnik.az/20240601/f-16-larin-gozlentilerine-kinjalla-zerbe-465061870.html
F-16-ların gözləntilərinə "Kinjal"la zərbə
F-16-ların gözləntilərinə "Kinjal"la zərbə
Sputnik Azərbaycan
XHƏ zonasında Rusiya aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin üstünlük təşkil etdiyi danılmazdır. 01.06.2024, Sputnik Azərbaycan
2024-06-01T09:01+0400
2024-06-01T09:01+0400
2024-06-01T09:01+0400
qırıcı
təhlil
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
nato
sergey lavrov
f-16
f-16 qırıcı təyyarəsi
xəncər
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447456348_0:161:3071:1888_1920x0_80_0_0_ff30b2b0865f0553efef39e1ff9eb5c3.jpg
Rusiya Prezidenti Vladimir Putinin xüsusi hərbi əməliyyat (XHƏ) zonasında "oynayan" avropalı qonşularına sərt "Daşkənd" xəbərdarlığından sonra Rusiya Silahlı Qüvvələri NATO mütəxəssislərinin olduğu idarəetmə mərkəzlərinə və komanda məntəqələrinə hipersəsli "Kinjal" və X-101 qanadlı raketləri ilə zərbələr endiriblər. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bu "legionerləri" Lvov, Xmelnitski və Vinnitsa vilayətləri ərazisindəki yeraltı bunkerlərdə özlərini nisbətən təhlükəsiz hiss ediblər və mayın 29-na qədər onlar F-16 qırıcılarını almağa hazırlaşıblar. NATO-nun Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinə və hissələrinə nəzarət etmək üçün Ukraynanın qərbində yüksək mühafizə olunan və dərin yerləşən obyektlərin və kommunikasiyaların qurulması üzrə böyük səyləri mayın 29-na keçən gecə Rusiya qoşunlarının birləşmiş zərbəsi ilə ləğv edilib. Hipersəsli "Kinjal"lar və X-101 qanadlı raketləri Yavorovski poliqonuna, eləcə də Lvov bölgəsindəki Strıye, Droqobıçe, Dublyanaxdakı hədəflərə uçub. Polşa ilə sərhəddən 24 km məsafədə yerləşən Yavorovski hərbi poliqonu və onun əcnəbi sakinləri 2022-ci ilin yazında Rusiya Silahlı Qüvvələrinin raket zərbəsindən sonra əhəmiyyətli dərəcədə zərər çəkiblər. "Kill house" üslubunda təlim bazası olan bu "USQ-nin Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzi"nin infrastrukturu böyük xərc və vaxt sərfi ilə bərpa edilib. Onlar burada dərin yerləşdirilmiş strukturların bütöv bir kompleksini yaradıblar ki, onlarda da Hərbi Hava Qüvvələrinin komanda məntəqəsini, Ukrayna Silahlı Qüvvələrinin mütəxəssislərinin hazırlanması və 300-dən çox NATO təlimatçısının (hərbi məsləhətçilər) yaşaması üçün ofis və məişət otaqlarını qeyd etmək olar. Yeraltı bunkerlərdə ukraynalı pilotlar NATO-nun Polşa ərazisindəki idarəetmə mərkəzindən onlayn olaraq koordinasiya ilə döyüş uçuşları tapşırıqları üçün təlim keçiblər. Rusiya Federasiyasının ərazisi boyunca raketləri buraxmaq və Polşa aerodromuna qayıtmaq üçün Ukraynaya daxil olmaqla F-16 uçuşları üzərində virtual olaraq işlər aparılıb. Mayın 29-da Rusiyanın zərbəsindən sonra çoxu reallığa qayıda bilməyib. Hazırda fəal şəkildə Polşa və Almaniyaya daşınan 179 ölü və 200-dən çox yaralı olan NATO hərbçisi haqqında məlumatlar ortaya çıxıb. Türkiyə nəşrləri hətta Fransa, Polşa, ABŞ və digər ölkələrdən olan 300 "leqioner"in öldüyünü, ehtimal ki, Strıye, Droqobıçe, Dublyanaxdakı zədələnmiş hərbi obyektlər haqqında da məlumat veriblər. Xarici kəşfiyyat mütəxəssislərinin və yüksək dəqiqlikli silah sistemləri operatorlarının Ukraynanın hərbi əməliyyatlar teatrında kütləvi şəkildə döyüş əməliyyatlarında iştirakı Moskva üçün sirr deyil. Ukraynanın Belçikadan "tezliklə" Qərbin ilk F-16 qırıcılarının alacağına dair vədləri fonunda mayın 30-na keçən gecə Rusiya Silahlı Qüvvələri Starokonstantinovdakı aviabazaya, Vinnitsa yaxınlığında dərin yerləşdirilmiş komanda məntəqəsinə və Poltava, Çerniqov, Xmelnitski və Xarkov vilayətlərindəki analoji obyektlərə birləşdirilmiş zərbələr endiriblər. Starokonstantinov aerodromun zərbələrə məruz qalması ilk dəfə deyil - orada Ukrayna Silahlı Qüvvələri F-16 qırıcılarının bazası üçün xüsusi sığınacaqlar tikməyə çalışıblar. F-16 qırıcısının düşmə bucağı Bir sıra Avropa ölkələrinin Kiyev rejiminə vəd etdiyi 85 ədəd F-16 qırıcısından Belçika 30 qırıcını (2028-ci ilə qədər) vermək niyyətindədir. Brüssel təyyarələrin tədarükü və ukraynalı pilotların hazırlanması üzrə çoxmillətli NATO proqramında iştirak edir. Daha sonra Hollandiya, Danimarka və Norveç də müvafiq olaraq 24, 19 və 12 təyyarəni təhvil verərək bu proqramda iştiraka qoşulub. Azdır, lakin burada məsələ miqdarda deyil. Xüsusi hərbi əməliyyat zonasında Rusiya aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin üstünlük təşkil etməsi danılmazdır. ABŞ-ın stifadə olunmuş F-16 qırıcıları möcüzələr vəd etmir. Bu, Sovet MiQ-29-un (dördüncü nəsil) analoqudur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, XHƏ zamanı Ukrayna Silahlı Qüvvələrinin 600-dən çox təyyarəsi məhv edilib ki, bu da ayda orta hesabla 25 təyyarə deməkdir. 150 km-ə qədər uçuş məsafəsi olan ABŞ-ın məşhur AGM-88 HARM anti-radar raketi və 180 km-ə qədər uçuş məsafəsi olan "hava-hava" AIM-120D raketi duel vəziyyətində 300-400 km məsafədə hava hədəflərini vurmağa qadir olan Rusiyanın "hava-hava" R-37M hipersəsli raketinə açıq şəkildə uduzur. Rusiyanın effektiv hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri də rəqabətdən kənardadır və bunu Qərbdə də qəbul edirlər. Buna görə də, bütün 85 ədəd F-16 qırıcısının Kiyevə birdəfəlik tədarük edilməsi belə, ən yaxşı halda payıza qədər kifayət edəcək. Ukrayna F-16 qırıcılarının Polşa və ya Rumıniyanın sərhədyanı ərazilərində yerləşdirilməsinə hipotetik olaraq icazə vermək olar, lakin ABŞ Hərbi Sənaye Kompleksinin müasir məhsulları Avropa döyüş meydanında uzun müddət qalmır. Bunu "Abrams" tankları, "Bradley" piyada döyüş maşınları (PDM) və digər texnikalar sübut edib. F-16 qırıcıları da istisna olmayacaq və İsveçin "Saab 340 AEW&C" radar aşkarlama təyyarələri onlara kömək etməyəcək. Mayın 28-də Rusiya Prezidenti Vladimir Putin düşmən dövlətlərin hakimiyyətinə xatırladıb ki, onlar Qərb silahlarının Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücumlara görə məsuliyyəti Kiyevdəki etibarlı şəxslərin üzərinə ata bilməyəcəklər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukraynaya F-16 qırıcılarının tədarükünü NATO-nun nüvə sahəsində düşünülmüş siqnal kimi nəzərdən keçirəcək. ABŞ çox risk edir. Alyansın "kiçik ərazisi və çox sıx əhalisi olan" Avropa ölkələri uçurumun astanasındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447456348_170:0:2901:2048_1920x0_80_0_0_5e9b18b426fe91d06b677ba22eac7e14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
qırıcı, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nato, sergey lavrov, f-16, f-16 qırıcı təyyarəsi, xəncər, kiyev, ukrayna, xüsusi hərbi əməliyyat
qırıcı, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, nato, sergey lavrov, f-16, f-16 qırıcı təyyarəsi, xəncər, kiyev, ukrayna, xüsusi hərbi əməliyyat
F-16-ların gözləntilərinə "Kinjal"la zərbə
XHƏ zonasında Rusiya aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin üstünlük təşkil etdiyi danılmazdır.
Rusiya Prezidenti Vladimir Putinin xüsusi hərbi əməliyyat (XHƏ) zonasında "oynayan" avropalı qonşularına sərt "Daşkənd" xəbərdarlığından sonra Rusiya Silahlı Qüvvələri NATO mütəxəssislərinin olduğu idarəetmə mərkəzlərinə və komanda məntəqələrinə hipersəsli "Kinjal" və X-101 qanadlı raketləri ilə zərbələr endiriblər. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bu "legionerləri" Lvov, Xmelnitski və Vinnitsa vilayətləri ərazisindəki yeraltı bunkerlərdə özlərini nisbətən təhlükəsiz hiss ediblər və mayın 29-na qədər onlar F-16 qırıcılarını almağa hazırlaşıblar.
NATO-nun Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinə və hissələrinə nəzarət etmək üçün Ukraynanın qərbində yüksək mühafizə olunan və dərin yerləşən obyektlərin və kommunikasiyaların qurulması üzrə böyük səyləri mayın 29-na keçən gecə Rusiya qoşunlarının birləşmiş zərbəsi ilə ləğv edilib. Hipersəsli "Kinjal"lar və X-101 qanadlı raketləri Yavorovski poliqonuna, eləcə də Lvov bölgəsindəki Strıye, Droqobıçe, Dublyanaxdakı hədəflərə uçub.
Polşa ilə sərhəddən 24 km məsafədə yerləşən Yavorovski hərbi poliqonu və onun əcnəbi sakinləri 2022-ci ilin yazında Rusiya Silahlı Qüvvələrinin raket zərbəsindən sonra əhəmiyyətli dərəcədə zərər çəkiblər. "Kill house" üslubunda təlim bazası olan bu "USQ-nin Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzi"nin infrastrukturu böyük xərc və vaxt sərfi ilə bərpa edilib. Onlar burada dərin yerləşdirilmiş strukturların bütöv bir kompleksini yaradıblar ki, onlarda da Hərbi Hava Qüvvələrinin komanda məntəqəsini, Ukrayna Silahlı Qüvvələrinin mütəxəssislərinin hazırlanması və 300-dən çox NATO təlimatçısının (hərbi məsləhətçilər) yaşaması üçün ofis və məişət otaqlarını qeyd etmək olar.
Yeraltı bunkerlərdə ukraynalı pilotlar NATO-nun Polşa ərazisindəki idarəetmə mərkəzindən onlayn olaraq koordinasiya ilə döyüş uçuşları tapşırıqları üçün təlim keçiblər. Rusiya Federasiyasının ərazisi boyunca raketləri buraxmaq və Polşa aerodromuna qayıtmaq üçün Ukraynaya daxil olmaqla F-16 uçuşları üzərində virtual olaraq işlər aparılıb.
Mayın 29-da Rusiyanın zərbəsindən sonra çoxu reallığa qayıda bilməyib. Hazırda fəal şəkildə Polşa və Almaniyaya daşınan 179 ölü və 200-dən çox yaralı olan NATO hərbçisi haqqında məlumatlar ortaya çıxıb. Türkiyə nəşrləri hətta Fransa, Polşa, ABŞ və digər ölkələrdən olan 300 "leqioner"in öldüyünü, ehtimal ki, Strıye, Droqobıçe, Dublyanaxdakı zədələnmiş hərbi obyektlər haqqında da məlumat veriblər.
Xarici kəşfiyyat mütəxəssislərinin və yüksək dəqiqlikli silah sistemləri operatorlarının Ukraynanın hərbi əməliyyatlar teatrında kütləvi şəkildə döyüş əməliyyatlarında iştirakı Moskva üçün sirr deyil.
Ukraynanın Belçikadan "tezliklə" Qərbin ilk F-16 qırıcılarının alacağına dair vədləri fonunda mayın 30-na keçən gecə Rusiya Silahlı Qüvvələri Starokonstantinovdakı aviabazaya, Vinnitsa yaxınlığında dərin yerləşdirilmiş komanda məntəqəsinə və Poltava, Çerniqov, Xmelnitski və Xarkov vilayətlərindəki analoji obyektlərə birləşdirilmiş zərbələr endiriblər. Starokonstantinov aerodromun zərbələrə məruz qalması ilk dəfə deyil - orada Ukrayna Silahlı Qüvvələri F-16 qırıcılarının bazası üçün xüsusi sığınacaqlar tikməyə çalışıblar.
F-16 qırıcısının düşmə bucağı
Bir sıra Avropa ölkələrinin Kiyev rejiminə vəd etdiyi 85 ədəd F-16 qırıcısından Belçika 30 qırıcını (2028-ci ilə qədər) vermək niyyətindədir. Brüssel təyyarələrin tədarükü və ukraynalı pilotların hazırlanması üzrə çoxmillətli NATO proqramında iştirak edir. Daha sonra Hollandiya, Danimarka və Norveç də müvafiq olaraq 24, 19 və 12 təyyarəni təhvil verərək bu proqramda iştiraka qoşulub. Azdır, lakin burada məsələ miqdarda deyil.
Xüsusi hərbi əməliyyat zonasında Rusiya aviasiya, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin üstünlük təşkil etməsi danılmazdır. ABŞ-ın stifadə olunmuş F-16 qırıcıları möcüzələr vəd etmir. Bu, Sovet MiQ-29-un (dördüncü nəsil) analoqudur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, XHƏ zamanı Ukrayna Silahlı Qüvvələrinin 600-dən çox təyyarəsi məhv edilib ki, bu da ayda orta hesabla 25 təyyarə deməkdir.
150 km-ə qədər uçuş məsafəsi olan ABŞ-ın məşhur AGM-88 HARM anti-radar raketi və 180 km-ə qədər uçuş məsafəsi olan "hava-hava" AIM-120D raketi duel vəziyyətində 300-400 km məsafədə hava hədəflərini vurmağa qadir olan Rusiyanın "hava-hava" R-37M hipersəsli raketinə açıq şəkildə uduzur.
Rusiyanın effektiv hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri də rəqabətdən kənardadır və bunu Qərbdə də qəbul edirlər. Buna görə də, bütün 85 ədəd F-16 qırıcısının Kiyevə birdəfəlik tədarük edilməsi belə, ən yaxşı halda payıza qədər kifayət edəcək.
Ukrayna F-16 qırıcılarının Polşa və ya Rumıniyanın sərhədyanı ərazilərində yerləşdirilməsinə hipotetik olaraq icazə vermək olar, lakin ABŞ Hərbi Sənaye Kompleksinin müasir məhsulları Avropa döyüş meydanında uzun müddət qalmır. Bunu "Abrams" tankları, "Bradley" piyada döyüş maşınları (PDM) və digər texnikalar sübut edib. F-16 qırıcıları da istisna olmayacaq və İsveçin "Saab 340 AEW&C" radar aşkarlama təyyarələri onlara kömək etməyəcək.
Mayın 28-də Rusiya Prezidenti Vladimir Putin düşmən dövlətlərin hakimiyyətinə xatırladıb ki, onlar Qərb silahlarının Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücumlara görə məsuliyyəti Kiyevdəki etibarlı şəxslərin üzərinə ata bilməyəcəklər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukraynaya F-16 qırıcılarının tədarükünü NATO-nun nüvə sahəsində düşünülmüş siqnal kimi nəzərdən keçirəcək. ABŞ çox risk edir. Alyansın "kiçik ərazisi və çox sıx əhalisi olan" Avropa ölkələri uçurumun astanasındadır.