https://sputnik.az/20240601/bu-gun-hava-nece-olacaq---proqnoz-465039457.html
Hava yenidən dəyişəcək - Xəbərdarlıq!
Hava yenidən dəyişəcək - Xəbərdarlıq!
Sputnik Azərbaycan
İyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı... 01.06.2024, Sputnik Azərbaycan
2024-06-01T16:18+0400
2024-06-01T16:18+0400
2024-06-01T17:09+0400
rayon
isti
hava
azərbaycan
kür
araz
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_0:157:3081:1890_1920x0_80_0_0_ab430cae466747d8eea2a1216588d647.jpg
BAKI, 1 iyun - Sputnik. Bakıda və Abşeron yarımadasında güclü küləklə bağlı xəbərdarlıq edilib.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.İyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.Azərbaycanın rayonlarında isə iyunun 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.İyunun 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_174:0:2905:2048_1920x0_80_0_0_0f056b5542d7716b8441f51e9edda767.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rayon, isti, hava, azərbaycan, kür, araz
rayon, isti, hava, azərbaycan, kür, araz
Hava yenidən dəyişəcək - Xəbərdarlıq!
16:18 01.06.2024 (Yenilənib: 17:09 01.06.2024) İyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 1 iyun - Sputnik. Bakıda və Abşeron yarımadasında güclü küləklə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
İyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə iyunun 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
İyunun 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.