CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 31 may – FOTO

© Sputnik / Elnur Salayev31 may
31 may - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 31 may — Sputnik. Mayın 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 31-də kim anadan olub?
Sara Qədimova (1922-2005) - Azərbaycan SSR xalq artisti və xanəndədir. O, 1939-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.
Sara Qədimova - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Sara Qədimova
Klint İstvud (1930) - ABŞ kinoaktyoru, kinorejissoru və bəstəkarıdır. O, Amerika Kino Akademiyasının beş mükafatı laureatıdır: "Ən yaxşı rejissor" və "Ən yaxşı film" nominasiyalarında dörd "Oskar", həmçinin prodüser kimi film sənətinə verdiyi töhfəyə görə İrvinq Talberq adına mükafatın qaqlibidir. Aktyor ABŞ Milli İncəsənət Medalı laureatıdır.
© AFP 2023 / VALERIE MACONKlint İstvud
Клинт Иствуд - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Klint İstvud
Georgi Burkov (1933-1990) - Sovet teatr və kino aktyoru, kinorejissor, RSFSR-in əməkdar artistidir. O, "Taleyin ironiyası, və ya həmişə təmizlikdə!", "Əfsanə belə başladı" və s. filmlərdə rol alıb.
© SputnikGeorgi Burkov
Актер Георгий Бурков - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Georgi Burkov
Vladimir Kuzmin (1955) - Sovet və Rusiya rok musiqiçisi, RF xalq artistidir. O, "Karnaval" qrupunun yaradıcılarından və rəhbərlərindən biri, "Dinamik" qrupunun lideridir. Kuzmin Alla Puqaçova ilə əməkdaşlığı sayəsində geniş populyarlıq qazanıb.
© Sputnik / Дмитрий Коробейников Vladimir Kuzmin
Дмитрий Коробейников - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Vladimir Kuzmin
Natalya Korolyova (1973) - Sovet və Rusiya müğənnisi, RF əməkdar artistidir.
© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçid Nataşa Korolyova
Певица Наташа Королева, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Nataşa Korolyova
Kolin Farrell (1976) - irlandiyalı aktyordur. O, "İsgəndər", "Telefon köşkü", "Xüsusi fikir" filmlərindəki rolları ilə məşhurlaşıb.
© Sputnik / Асатур ЕсаянцKolin Farrell
Актер Колин Фаррелл  - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Kolin Farrell
31 May tarixində dünyada baş verən tarixi hadisələr
1859-cu ildə hazırda "Big Ben" kimi tanınan saat Londonda Vestminster Sarayının Saat qülləsində işə salınıb.
© AP Photo / Frank AugsteinBig Ben
Вид на Биг-Бен в Лондоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Big Ben
1868-ci ildə Paris yaxınlığında, Sen-Klu parkında ilk dəfə velosiped yarışı keçirilib.
1897-ci ildə Berlində Verner Siemens tərəfindən tikilən dünyanın ilk 300 m uzunluğunda olan elektrik dəmir yolu açılıb.
1942-ci ildə mühasirəyə alınmış Leninqradda "Dinamo" ilə LMZ (Leninqrad Metal Zavodu) arasında futbol oyunu keçirilib.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyası 31 may tarixini Ümumdünya Tütünsüz Günü elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0