https://sputnik.az/20240531/sarkozi-fransa-qosunlarinin-ukraynaya-daxil-olmasi-ile-bagli-ciddi-subhelerini-bildirib-465073636.html
Sarkozi Fransa qoşunlarının Ukraynaya daxil olması ilə bağlı ciddi şübhələrini bildirib
Sarkozi Fransa qoşunlarının Ukraynaya daxil olması ilə bağlı ciddi şübhələrini bildirib
Sputnik Azərbaycan
Nikolya Sarkozi Ukraynanın NATO və Avropa Birliyinə daxil edilməsini dəstəkəməyib. 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T23:30+0400
2024-05-31T23:30+0400
2024-05-31T23:30+0400
sabiq prezident nikola sarkozi
dünya xəbərləri
nato
ukrayna
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/41772/86/417728652_0:0:2858:1608_1920x0_80_0_0_bbd3094bda11afb7b626ea8892ba7984.jpg
BAKI, 31 may — Sputnik. Fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı "ciddi şübhələrim" var. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi bunu "Le Figaro" qəzetinə müsahibəsində söyləyib. "İcazənizlə, hərbçilərin göndərilmə ehtimalı məsələsində ciddi şübhələrimi bildirim. Lev Tolstoy ölkəsi ilə Onore de Balzak ölkəsinin arasında müharibəyə vəziyyətini ağlıma belə gətirə bilmirəm. Bunun nəticələrini düşünən varmı?" - keçmiş dövlət başçısı bildirib. Eyni zamanda Sarkozi Rusiya ilə qonşuları arasında sülh münasibətləri üçün şərait yaratmağa çağırıb, həmçinin ruslarla ukraynalıların əsrlər boyu birgə həyatını xatırladıb. Bundan başqa, Fransanın eks-prezidenti Avropa ölkələrinin qitədə müstəqil siyasət yürütməyə diqqət yetirməli olduğu fikrini bildirib. Eyni zamanda, Nikolya Sarkozi Ukraynanın NATO və Avropa Birliyinə daxil edilməsini dəstəkəməyib. Xatırladaq ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Qərb dövlətləri Parisdə keçirilən görüşdə öz qoşunlarını Ukraynaya göndərmək məsələsini müzakirə ediblər. Bundan sonra bir çox dövlətlərin nümayəndələri öz əsgərlərini heç yerə göndərmək fikrində olmadıqlarını bildiriblər. Rusiya NATO qoşunlarının Ukraynaya yeridilməsinin əleyhinədir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl bildirmişdi ki, Fransa hərbçilərinin Ukraynada məhv edilməsi Rusiya Silahlı Qüvvələri üçün ən çətin, lakin son dərəcə vacib vəzifə olmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Şimali Atlantika Alyansı qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə onlardan heç nə qalmayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41772/86/417728652_127:0:2858:2048_1920x0_80_0_0_e9ed6b19d7e3e6e1bf49d6524b5eb6e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sabiq prezident nikola sarkozi, nato, ukrayna, avropa ittifaqı
sabiq prezident nikola sarkozi, nato, ukrayna, avropa ittifaqı
Sarkozi Fransa qoşunlarının Ukraynaya daxil olması ilə bağlı ciddi şübhələrini bildirib
Nikolya Sarkozi Ukraynanın NATO və Avropa Birliyinə daxil edilməsini dəstəkəməyib.
BAKI, 31 may — Sputnik. Fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı "ciddi şübhələrim" var.
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi bunu "Le Figaro" qəzetinə müsahibəsində söyləyib.
"İcazənizlə, hərbçilərin göndərilmə ehtimalı məsələsində ciddi şübhələrimi bildirim. Lev Tolstoy ölkəsi ilə Onore de Balzak ölkəsinin arasında müharibəyə vəziyyətini ağlıma belə gətirə bilmirəm. Bunun nəticələrini düşünən varmı?" - keçmiş dövlət başçısı bildirib.
Eyni zamanda Sarkozi Rusiya ilə qonşuları arasında sülh münasibətləri üçün şərait yaratmağa çağırıb, həmçinin ruslarla ukraynalıların əsrlər boyu birgə həyatını xatırladıb.
Bundan başqa, Fransanın eks-prezidenti Avropa ölkələrinin qitədə müstəqil siyasət yürütməyə diqqət yetirməli olduğu fikrini bildirib. Eyni zamanda, Nikolya Sarkozi Ukraynanın NATO və Avropa Birliyinə daxil edilməsini dəstəkəməyib.
Xatırladaq ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Qərb dövlətləri Parisdə keçirilən görüşdə öz qoşunlarını Ukraynaya göndərmək məsələsini müzakirə ediblər. Bundan sonra bir çox dövlətlərin nümayəndələri öz əsgərlərini heç yerə göndərmək fikrində olmadıqlarını bildiriblər.
Rusiya NATO qoşunlarının Ukraynaya yeridilməsinin əleyhinədir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl bildirmişdi ki, Fransa hərbçilərinin Ukraynada məhv edilməsi Rusiya Silahlı Qüvvələri üçün ən çətin, lakin son dərəcə vacib vəzifə olmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Şimali Atlantika Alyansı qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə onlardan heç nə qalmayacaq.