DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan KTMT tədbirlərinə ev sahibliyi edəcək - polis xəbərdarlıq etdi

© AFP 2023 / OLIVIER DOULIERYAstanaya mənzərə
Astanaya mənzərə - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Rusiya və Belarusun müdafiə nazirləri Andrey Belousov və Viktor Xrenin Qazaxıstana gediblər.
BAKI, 31 may — Sputnik. İyunun 6-dək Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçiriləcək.
KTMT çərçivəsində yaxın günlərdə Almatıda keçiriləcək (və ya artıq baş tutmaqda olan) tədbirlərin siyahısı belədir:
KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası; 2-3 iyun - KTMT Parlament Assambleyası Şurasının iclası; 5-6 iyun - KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası.
Qazaxıstan DİN tədbirlərin miqyasını, həmçinin iştirakçıların və qonaqların sayını nəzərə alaraq, şəhərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacağı barədə Almatı sakinlərinə xəbərdarlıq edib.
Qeyd olunur ki, yol məhdudiyyəti ictimai nəqliyyata təsir etməyəcək.
"Vətəndaşlardan müvəqqəti tədbirlərə anlayışla yanaşmalarını və tıxacların yaranmaması üçün marşrutlarını əvvəlcədən tənzimləmələrini xahiş edirik" - şəhər polis idarəsinin bəyanatında deyilir.
Xatırladaq ki, Rusiya və Belarusun müdafiə nazirləri Andrey Belousov və Viktor Xrenin Qazaxıstana gediblər. Onlar KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcəklər. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir.
Xəbər lenti
0