Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kürd məsələsi Ankara və Dəməşqi ABŞ-a qarşı birləşdirə bilər

© AP Photo / MURAD SEZERAnkara
Ankara  - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Kürd silahlı dəstələri ABŞ-nin maliyyə və hərbi yardımı ilə suveren Suriya ərazisində muxtariyyət yaratmağa çalışırlar.
BAKI, 31 may — Sputnik. On üç ildən artıqdır ki, müharibə şəraitində olan Suriya və Türkiyə son illər bir-birlərinə qarşı ritorikalarını yumşaldıblar. Hazırda isə onlar barışmasalar da, heç olmasa hər iki ölkə üçün maraqlı olan məsələlər üzrə qarşılıqlı əlaqəni bərpa etmək üçün real bir şans əldə ediblər.
Türkiyə mətbuatı yazıb ki, ölkənin onilliklərdir müharibə apardığı Kürdüstan Fəhlə Partiyası (PKK) Suriyanın onun nəzarətində olan bölgələrində ABŞ-nin dəstəyi ilə yerli seçkilər keçirməyi planlaşdırır.
İyunun 11-də ABŞ-nin yardım və dəstəyi ilə kürd hərbi qüvvələrin nəzarətində olan Afrinin Cəzirə, Deyr-əz-Zor, Rəqqa, Tabqa, Fərat, Mənbic və Şahba rayonlarında bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu, Suriyanın şimal-şərqində özünü kürd administrasiyası elan edənlərin təşkil etdikləri ilk seçki deyil: 2016-cı ildə kürdlər artıq özlərinin nəzarət etdikləri ərazilərdə bələdiyyə seçkiləri keçiriblər.
Lakin ötən dəfəkindən fərqli olaraq, hazırkı bələdiyyə seçkiləri Dəməşqi neftlə zəngin bu ərazilərin tamamilə itirilməsi ilə hədələyə bilər.
© AFP 2023 / ILYAS AKENGINPKK
Боевики РПК, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2024
PKK
Belə ki, kürd hakimiyyəti iyunda keçiriləcək səsverməyə hərtərəfli hazırlaşıb: seçkilər daxili ziddiyyətlərin və münaqişələrin aradan qaldırıldığı, ardıcıl inzibati sistemin formalaşdırıldığı, yəni, İraq Kürdüstanına bənzər siyasi birliyin yaradıldığı kifayət qədər yaxşı təşkil olunmuş siyasi savadla keçiriləcək.
Eyni zamanda, ilk seçkilərdən sonrakı illərdə kürdlər əsas dövlət orqanları - Ali Seçki Komissiyası və Konstitusiya Məhkəməsini formalaşdırmağa nail olublar.
Şübhəsiz ki, Qərbin iqtisadi sanksiyaları altında olan və öz ərazisində yeni dövlət qurumunun yaranmasının qarşısını tam ala bilməyən Dəməşq bu işdə özünə kömək edəcək müttəfiq tapmalıdır. Əks halda Suriya bu torpaqlarla əbədi vidalaşa bilər.
ABŞ Suriyadakı kürdləri tərk edəcəkmi?
Heç kimə sirr deyil ki, kürd silahlı dəstələri ABŞ-nin maliyyə və hərbi yardımı ilə suveren Suriya ərazisində muxtariyyət yaratmağa çalışırlar. Belə ki, ABŞ silahlı qüvvələri vaxtaşırı PKK ilə hərbi təlimlər keçirirlər. Ən son 2023-cü ilin dekabrında zenit və ağır artilleriyadan istifadə etməklə irimiqyaslı manevrlər təşkil edilib.
Bundan əlavə, ABŞ kürd yaraqlılarının köməyi ilə Suriya ərazilərinə nəzarəti bərqərar etdikdən sonra Cəzirədəki yataqlardan qeyri-qanuni olaraq neft ixrac edir. Suriya hakimiyyətinin məlumatına görə, qeyri-qanuni neft ixracı illərində ölkə iqtisadiyyatına 107 milyard dollardan çox ziyan dəyib.
Bununla belə, Suriyadakı kürdlər də başa düşürlər: Vaşinqton bu ölkədə kürd muxtariyyətinin formalaşması üçün bütün şəraiti yaratsa da, yalnız ABŞ-nin dəstəyinə arxalanmaq olmaz. Üstəlik, bu ilin əvvəlindən ABŞ-nin Suriyanı tərk etmək və onun ərazisindəki hərbi mövcudluğunu azaltmaq niyyətində olduğuna dair şayiələr yayılıb.
© AFP 2023 / MOHAMMED AL-RIFAISuriya
Идлиб, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Suriya
ABŞ Suriyanı tərk edərsə, kürd qüvvələri Suriya və Türkiyə ilə mövcudluq mübarizəsində öz güclərinə güvənməli olacaqlar.
Kürdlər "ərəblərə geri dönmək" istəyirlər
Məhz buna görə də kürd qüvvələri son illər Dəməşqə yaxınlaşırlar - 2019-cu ildə bu qüvvələr Suriya ordusundan onları kürd yaraqlılarına qarşı əməliyyat keçirən Türkiyə silahlı qüvvələrinin hücumundan qorumağı xahiş ediblər.
Sonra kürdlər ABŞ-nin vasitəçiliyi ilə Fars körfəzinin ərəb monarxiyaları ilə əlaqə yaratmağa başladılar. Xüsusilə, "Suriya kürd muxtariyyəti" Səudiyyə Ərəbistanı və BƏƏ ilə əlaqələr qurmağı, hətta orada nümayəndəliklər açmağı planlaşdırır. Suriya kürd quruluşunun Fars körfəzi ərəb ölkələri ilə yaxınlaşmasının tərəfdarı olan Vaşinqton, Suriyadan ayrılacağı təqdirdə kürdləri ərəb monarxlarının himayəsinə verməyi planlaşdırır.
Ərəb ölkələri tərəfindən də Suriya kürdləri ilə dialoqun genişləndirilməsinə maraq var. Belə ki, ərəb mediası bundan əvvəl Səudiyyə rəsmilərinin Suriya kürdlərinin nəzarətində olan əraziyə səfər edərək bölgədə infrastruktur layihələrinə investisiya qoyuluşunu müzakirə etdiklərini bildirib.
Bununla belə, ərəb ölkələrinin Suriyanı öz təsir dairələrinə qaytarmağa və onu İrandan uzaqlaşdırmağa necə çalışdıqlarını nəzərə alsaq, Suriya kürdləri ilə təmaslar böyük ehtimalla ya Dəməşqlə koordinasiyada həyata keçiriləcək, ya da ümumiyyətlə minimuma enəcək.
Suriya və Türkiyə birgə fəaliyyət göstərə bilərlər
Bu gün həm Türkiyə, həm də Suriya eyni məqsədə - ABŞ hərbçilərinin Suriya ərazilərindən çıxarılmasına nail olmaq istəyirlər. Aydındır ki, Suriya üçün bu, neftlə zəngin yataqların qaytarılması və suverenliyin bərpası, Türkiyə üçün isə kürd yaraqlılarının mövqeyinin zəifləməsi və müvafiq olaraq, öz sərhədlərində kürd inzibati vahidinin mövcudluğu probleminin həlli məsələsidir.
Yəni Türkiyə və Suriya birlikdə hərəkət edərək ABŞ-nin bu bölgədəki varlığından qurtula bilsələr, kürdlərlə məsələ öz-özünə həll olunacaq - Ankaranın kürd yaraqlılarına qarşı bahalı hərbi əməliyyatlar keçirməsinə ehtiyac qalmayacaq. ABŞ-nin dəstəyi olmadan zəif olan suriyalı kürdlər isə Suriyada "Kürdüstan" yaratmaq ideyasından əl çəkə bilərlər.
Kürdlərə qarşı birgə hərəkət etməli olduqlarını anlayan Türkiyə rəsmiləri artıq Dəməşqlə əməkdaşlığa ehtiyac olduğu barədə bəyanatlar verirlər. Belə ki, Rəcəb Tayyib Ərdoğanın hökumət koalisiyasındakı müttəfiqi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Dəməşq və Ankaranın kürdlərə qarşı birgə hərbi əməliyyat keçirməli olduğunu bildirib. Bu bəyanat ümumilikdə Türkiyə hökumətinin kürd probleminin həlli ilə bağlı Suriya ilə konstruktiv dialoq qurmaq niyyətlərini əks etdirir.
Lakin Dəməşqin bu məsələdə Ankara ilə əməkdaşlığa razı olub-olmayacağı məlum deyil. Belə ki, Suriya kürdlərinin Türkiyə ordusunun bölgəyə daha dərindən irəliləməsinin qarşısını almaq üçün əvvəllər Dəməşqlə əməkdaşlıq etdiyini nəzərə alsaq, ehtimal etmək olar ki, ABŞ ərazini tərk edərsə, kürd qrupları Dəməşqin nəzarətinə qayıtmaq barədə qərar elan edəcəklər. Belə olan halda onlar Suriya ərazisində qanuni yarımmuxtar inzibati vahidin yaradılmasına ümid edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0