CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin 80 deputatı növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib

© Sputnik / Murad OrujovMİlli Məclis
Mİlli Məclis - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Növbədənkənar sessiya başa çatdıqdan sonra deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.
BAKI, 31 may — Sputnik. Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.
Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib:
"80 deputat Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam".
Spiker qeyd edib ki, iclaslar iyun ayında keçiriləcək.
Qeyd edək ki, növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.
Keçən ilin dövlət büdcəsi necə icra edilib? Milli Məclisdə müzakirə gedir
Bu gün Milli Məclisin plenar iclası keçirilir.
İclasın gündəliyinə 9 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
8. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Xəbər lenti
0