https://sputnik.az/20240531/hokumet-odenis-portalinin-legvi-mikro-sahibkarliga-menfi-tesir-edib---deputat-465062945.html
Hökumət Ödəniş Portalının ləğvi mikro sahibkarlığa mənfi təsir edib - deputat
Hökumət Ödəniş Portalının ləğvi mikro sahibkarlığa mənfi təsir edib - deputat
Sputnik Azərbaycan
Zahid Oruc qeyd edib ki, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit... 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T17:54+0400
2024-05-31T17:54+0400
2024-05-31T17:54+0400
zahid oruc
cəmiyyət
abş
kredit
kredit faizləri
hökumət
"elektron hökumət" portalı
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_0:0:2000:1125_1920x0_80_0_0_3cb5ad5a6efda80a94cbdc0871487b27.jpg
BAKI, 31 may — Sputnik. Hökumət Ödəniş Portalının (HÖP) ləğvi mikro sahibkarlığa mənfi təsir edib. Bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, yeni sistemdə əsas problem vergi ödənişi zamanı böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır: "İkincisi, ödəniş etdikdən sonra arxivi tapmaq mümkün olmur". Z.Oruc qeyd edib ki, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir: "Müqayisə üçün, ekspertlərin mövqeyi maraq doğurur. Gürcüstan ərazisi Azərbaycanın ərazisindən 19,5%, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,5 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon ABŞ dolları, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_293:0:2000:1280_1920x0_80_0_0_bc18b84ab20380dbc8d4e96af67c8f2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zahid oruc, abş, kredit, kredit faizləri, hökumət, "elektron hökumət" portalı
zahid oruc, abş, kredit, kredit faizləri, hökumət, "elektron hökumət" portalı
Hökumət Ödəniş Portalının ləğvi mikro sahibkarlığa mənfi təsir edib - deputat
Zahid Oruc qeyd edib ki, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir.
BAKI, 31 may — Sputnik. Hökumət Ödəniş Portalının (HÖP) ləğvi mikro sahibkarlığa mənfi təsir edib.
Bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, yeni sistemdə əsas problem vergi ödənişi zamanı böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır: "İkincisi, ödəniş etdikdən sonra arxivi tapmaq mümkün olmur".
Z.Oruc qeyd edib ki, əhalinin orta təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir: "Müqayisə üçün, ekspertlərin mövqeyi maraq doğurur. Gürcüstan ərazisi Azərbaycanın ərazisindən 19,5%, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,5 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon ABŞ dolları, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı".