https://sputnik.az/20240531/ermenistan-polisi-arxiyepiskopa-xesaret-yetirib-etirazcilar-saxlanilib-465071666.html
Ermənistan polisi arxiyepiskopa xəsarət yetirib, etirazçılar saxlanılıb
Ermənistan polisi arxiyepiskopa xəsarət yetirib, etirazçılar saxlanılıb
Sputnik Azərbaycan
İrəvanda etiraz aksiyaları zamanı polislə etirazçılar arasında toqquşma olub. 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T17:28+0400
2024-05-31T17:28+0400
2024-05-31T17:28+0400
dünya xəbərləri
ermənistan
ermənistan xin
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464943260_0:159:3078:1890_1920x0_80_0_0_5b6c4776129c61f6177dc7f751fe4b25.jpg
BAKI, 31 may - Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.Bu barədə Sputnik Ermənistan Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb. “News.am” polis rəisi Aram Ovannisyana istinadən bildirib ki, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı üç polis yaralanıb.Bundan əvvəl İrəvanda xüsusi təyinatlı polis qüvvələrinin arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirdiyi barədə xəbər yayılıb. Üstəlik bir neçə din xadimi saxlanılıb. Günorta saatlarında Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Buradakı aksiyanı işıqlandıran bəzi jurnalistlərin döyüldüyü bildirilir. Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyirlər.“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.***Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalif “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyası başlayıb.Sputnik Ermənistan-ın yaydığı məlumata görə, hazırda İrəvanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş keçirilir. İştirakçılar baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464943260_174:0:2905:2048_1920x0_80_0_0_62d6de0664603f9feca5a67395c1a3f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ermənistan xin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan
ermənistan, ermənistan xin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan
Ermənistan polisi arxiyepiskopa xəsarət yetirib, etirazçılar saxlanılıb
İrəvanda etiraz aksiyaları zamanı polislə etirazçılar arasında toqquşma olub.
BAKI, 31 may - Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
Bu barədə Sputnik Ermənistan Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“News.am” polis rəisi Aram Ovannisyana istinadən bildirib ki, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı üç polis yaralanıb.
Bundan əvvəl İrəvanda xüsusi təyinatlı polis qüvvələrinin arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirdiyi barədə xəbər yayılıb. Üstəlik bir neçə din xadimi saxlanılıb.
Günorta saatlarında Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Buradakı aksiyanı işıqlandıran bəzi jurnalistlərin döyüldüyü bildirilir.
Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyirlər.
“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.
Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalif “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyası başlayıb.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, hazırda İrəvanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş keçirilir.
İştirakçılar baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.