Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər - Foto+Video
18:43 31.05.2024 (Yenilənib: 13:19 01.06.2024)
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Kəmalə Ağazadə tamaşaya "Cehiz sandığı" adı verilməsinin heç də təsadüfi olmadığını, ailələrin qız uşaqlarına təhsil verməkdənsə, cehiz sandığı hazırladığını bildirib.
BAKI, 31 may — Sputnik. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bu dəfə "Uşaq Forum Teatrı" festivalını cəmiyyətin əsas problemlərindən biri olan erkən nikahın fəsadlarına həsr olunmuş tamaşa ilə açdı. Teatrın foyesində Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin əl işlərindən ibarət təşkil olunmuş sərgi də elə hər kəsin diqqətini erkən nikah probleminə cəlb etmək məqsədi daşıyırdı. Sığınacağın yeniyetmə sakinlərinin nişan üzüklərini xatırladan pambukdan düzəltdiyi üzüklərin içərisinə qoyulmuş arzu və istəkləri, gəlinlik maketlər, gəlin gül buketləri, cehiz sandıqcaları, bir sözlə, sərgidə nümayiş etdirilən bütün əl işləri cəmiyyətin diqqətini sosial bəla olan erkən nikaha cəlb etməyə hədəfləmişdi.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) incəsənətəsaslı öyrənmə layihəsi olan "Cehiz sandığı" tamaşasının aktyor və aktrisa heyyəti də erkən nikah qurbanlarıdır.
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
© Sputnik / Zulfiyya Guluyeva
O, tamaşaya "Cehiz sandığı" adı verilməsinin heç də təsadüfi olmadığını, ailələrin qız uşaqlarına təhsil verməkdənsə onlara cehiz sandığı hazırladığını bildirib.
"Belə valideynlər qızlarını təhsildən ayıraraq ərə verməyə üstünlük verirlər. Biz bu gün "Cehiz sandığı" tamaşası ilə cəmiyyətə, belə valideynlərə bir sosial mesaj verməyə çalışacağıq ki, qızlara cehiz sandığı yox, təhsil versinlər. Qızlarını ərə verəndə onların sandığına diplom qoysunlar. Bu gün sığınacaq sakinlərinin də iştirak etdiyi tamaşada iştirak edən qızlar əslində elə öz həyatlarını səhnələşdiriblər. Onlar arasında erkən nikah qurbanları da var".
K. Ağazadə onu da qeyd edib ki, layihə çərçivəsində "Uşaq Forum Teatrı" festivalı ilə yanaşı, təlimlər, görüşlər və müzakirələr, həmçinin AUİB nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin yeniyetmə sakinlərinin əl işlərinin nümayişi təşkil olunub.
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
1/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
2/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
3/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
4/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
© Sputnik / Zulfiyya GuluyevaErkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
5/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
1/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
2/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
3/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
4/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
5/5
© Sputnik / Zulfiyya Guluyeva
Erkən nikah qurbanları öz həyatlarını səhnələşdirdilər
"Cehiz sandığı" tamaşası layihə çərçivəsində təşkil olunan təlimlərə cəlb edilmiş bir sıra kollec və universitetlərdə təhsil alan tələbələrin iştirakı ilə nümayiş etdirilir.
K.Ağazadə əlavə edib ki, daha geniş auditoriyanı əhatə etmək üçün sonradan "Cehiz sandığı"nı film-tamaşa kimi ərsəyə gətirmək fikirləri var.
"Cehiz sandığı" tamaşasını izləməyə dövlət qurumlarının rəhbərləri, millət vəkilləri və QHT sektorunun nümayəndələri qatılıb. Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova erkən çıxışında erkən nikahın ciddi sosial problem olduğunu, hər kəsi qızları təhsildən kənarlaşdırılaraq erkən nikaha cəlb edilməsi hallarının qarşısını almaq üçün maarifləndirmə işləri aparmağa səsləyib.