https://sputnik.az/20240531/emek-pensiyalari-ile-bagli-qanuna-hansi-deyisiklikler-edilir-465062467.html
Əmək pensiyaları ilə bağlı qanuna hansı dəyişikliklər edilir?
Əmək pensiyaları ilə bağlı qanuna hansı dəyişikliklər edilir?
Sputnik Azərbaycan
Qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin... 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T20:26+0400
2024-05-31T20:26+0400
2024-05-31T20:26+0400
pensiya
cəmiyyət
əmək pensiyaları
"əmək pensiyaları haqqında" qanun
musa quliyev
hərbi qulluqçular
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:3073:1728_1920x0_80_0_0_0cdb075a0b29c39da33d37dd2cb07956.jpg
BAKI, 31 may — Sputnik. Milli Məclisin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş layihə pensiya təminatı sahəsində sosial sığorta prinsiplərinin gücləndirilməsi, sosial ədalətin qorunması, pensiya təyinatının avtomatlaşdırılması və proaktiv təyinatların dairəsinin genişləndirilməsi istiqamətlərində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb. O qeyd edib ki, qanunun 5 maddəsinə 17 dəyişiklik və 1 keçid müddəası təklif edilir: "Dəyişikliklər mahiyyət etibarı ilə 4 istiqaməti əhatə edir. Bunlar dəqiqləşdirici xarakterli texniki dəyişikliklər, sosial sığorta prinsipinin daha da gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər, 1-ci qrup hərbi xidmət əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklər və elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədi ilə təklif edilən dəyişikliklərdir". Komitə sədri bildirib ki, sənədə edilən digər dəyişikliyin məqsədi şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır. O bildirib ki, sənədə əsasən, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasında vahid yanaşma tətbiq olunacaq. Nəzərə çatdırılıb ki, qanunun "Qulluq stajına görə əmək pensiyasına əlavələr" maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu qəbildən olan şəxslərin orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi zamanı onların pensiyasının məbləğinin təminat xərclərinin 60%- dən 70%-ə qaldırılması təklif edilir. Sənəddə öz əksini tapmış avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyan dəyişikliklərdən bəhs edən komitə sədri bildirib ki, qanunun 22-1.5-ci maddəsinə təklif edilən dəyişiklik sosial müavinətdən pensiyaya keçidin qaydasını dəqiqləşdirir. Bununla yanaşı, qanuna yeni əlavə olunan maddə bir pensiya növündən başqa, daha yüksək pensiya növünə keçmənin avtomatlaşdırılmış, proaktiv şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq. Bildirilib ki, qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Əlavə edək ki, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyə görə, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi pensiyaçının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək. Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişik nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək: "Yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. Vətəndaşın məlumatı olmasa da, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik". Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər. Onu da qeyd edək ki, dəyişiklik maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar. Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanun vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796457_0:0:2731:2048_1920x0_80_0_0_a30efc008da804ee97829cf8d017a5ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, əmək pensiyaları, "əmək pensiyaları haqqında" qanun, musa quliyev, hərbi qulluqçular
pensiya, əmək pensiyaları, "əmək pensiyaları haqqında" qanun, musa quliyev, hərbi qulluqçular
Əmək pensiyaları ilə bağlı qanuna hansı dəyişikliklər edilir?
Qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək.
BAKI, 31 may — Sputnik. Milli Məclisin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş layihə pensiya təminatı sahəsində sosial sığorta prinsiplərinin gücləndirilməsi, sosial ədalətin qorunması, pensiya təyinatının avtomatlaşdırılması və proaktiv təyinatların dairəsinin genişləndirilməsi istiqamətlərində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb.
O qeyd edib ki, qanunun 5 maddəsinə 17 dəyişiklik və 1 keçid müddəası təklif edilir: "Dəyişikliklər mahiyyət etibarı ilə 4 istiqaməti əhatə edir. Bunlar dəqiqləşdirici xarakterli texniki dəyişikliklər, sosial sığorta prinsipinin daha da gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər, 1-ci qrup hərbi xidmət əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklər və elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədi ilə təklif edilən dəyişikliklərdir".
Komitə sədri bildirib ki, sənədə edilən digər dəyişikliyin məqsədi şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.
O bildirib ki, sənədə əsasən, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasında vahid yanaşma tətbiq olunacaq.
Nəzərə çatdırılıb ki, qanunun "Qulluq stajına görə əmək pensiyasına əlavələr" maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu qəbildən olan şəxslərin orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi zamanı onların pensiyasının məbləğinin təminat xərclərinin 60%- dən 70%-ə qaldırılması təklif edilir.
Sənəddə öz əksini tapmış avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyan dəyişikliklərdən bəhs edən komitə sədri bildirib ki, qanunun 22-1.5-ci maddəsinə təklif edilən dəyişiklik sosial müavinətdən pensiyaya keçidin qaydasını dəqiqləşdirir. Bununla yanaşı, qanuna yeni əlavə olunan maddə bir pensiya növündən başqa, daha yüksək pensiya növünə keçmənin avtomatlaşdırılmış, proaktiv şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq.
Bildirilib ki, qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Əlavə edək ki, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyə görə, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi pensiyaçının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək.
Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişik nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək:
"Yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. Vətəndaşın məlumatı olmasa da, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik".
Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər.
Onu da qeyd edək ki, dəyişiklik maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanun vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.