https://sputnik.az/20240531/ceyhun-bayramov-pakistan-sq-quru-qosunlarinin-komandani-ile-gorusdu-465058145.html
Ceyhun Bayramov Pakistan SQ Quru Qoşunlarının komandanı ilə görüşdü
Ceyhun Bayramov Pakistan SQ Quru Qoşunlarının komandanı ilə görüşdü
Sputnik Azərbaycan
Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini... 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T12:15+0400
2024-05-31T12:15+0400
2024-05-31T12:18+0400
ceyhun bayramov
siyasət
pakistan
pakistan islam respublikası
quru qoşunu
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465057928_77:0:1524:814_1920x0_80_0_0_a1b83be3b4d2b9638c508a72363a9c07.jpg
BAKI, 31 may — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb. XİN-dən verilən xəbərə görə, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb. İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib. Nazir Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb. Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465057928_258:0:1343:814_1920x0_80_0_0_ea414be8dd8447567c33d082f1344e38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, pakistan, pakistan islam respublikası, quru qoşunu, ermənistan
ceyhun bayramov, pakistan, pakistan islam respublikası, quru qoşunu, ermənistan
Ceyhun Bayramov Pakistan SQ Quru Qoşunlarının komandanı ilə görüşdü
12:15 31.05.2024 (Yenilənib: 12:18 31.05.2024) Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.
BAKI, 31 may — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.
İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.