https://sputnik.az/20240531/azerbaycanda-iki-yeni-nazir-teyin-edildi-465060069.html
Azərbaycanda iki yeni nazir təyin edildi
Azərbaycanda iki yeni nazir təyin edildi
Sputnik Azərbaycan
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb. 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T12:37+0400
2024-05-31T12:37+0400
2024-05-31T14:02+0400
naxçıvan
azərbaycan xəbərləri
nazir
naxçıvan muxtar respublikası
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_0:149:3112:1900_1920x0_80_0_0_cfa2a91f74814c3ef53a122bc68212a4.jpg
BAKI, 31 may — Sputnik. Naxçıvan Muxtar Respublikasında iki yeni nazir təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb. Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib. O, buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi. Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu daha əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Digər qərarla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib. 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov əvvəllər "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_191:0:2922:2048_1920x0_80_0_0_a4b90ceff2ba836bb03bcd809fc0b743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, nazir, naxçıvan muxtar respublikası
naxçıvan, nazir, naxçıvan muxtar respublikası
Azərbaycanda iki yeni nazir təyin edildi
12:37 31.05.2024 (Yenilənib: 14:02 31.05.2024) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.
BAKI, 31 may — Sputnik. Naxçıvan Muxtar Respublikasında iki yeni nazir təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.
Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib. O, buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.
Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu daha əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Digər qərarla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib. 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov əvvəllər "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı.