Avropa İttifaqı Kiyevə yardımı əngəllədiyi üçün Macarıstanı cəzalandıracaq

© AP Photo / Olivier Matthys
Aİ - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Göstərdiyi müqavimətə görə Aİ Budapeştə bu yolla təsir etməyi planlaşdırır.
BAKI, 31 may — Sputnik. Bir sıra Avropa İttifaqı ölkələri Macarıstan nümayəndələrinin Avropa Komissiyasında yüksək nazir postları tutmasının qarşısını almağı planlaşdırırlar.
"Politico" nəşri bu barədə yazıb.
Mənbənin sözlərinə görə, Avropa liderləri Macarıstanın Rusiyaya qarşı sanksiyaların tətbiqini gecikdirməsindən və Ukraynaya silah tədarükünə müqavimət göstərməsindən əsəbiləşiblər. Göstərdiyi müqavimətə görə Aİ Budapeştə bu yolla təsir etməyi planlaşdırır.
Bundan əvvəl Aİ Ukraynaya 2024-cü il üçün hərbi yardımın maliyyələşdirilməsindən ötrü Avropa Sülh Fonduna beş milyard avro ayrılması barədə qərar qəbul edib. Fonddan ayrılacaq vəsait Ukraynaya həm ölümcül, həm də qeyri-öldürücü yardıma, eləcə də Ukrayna hərbçilərinin təliminə sərf olunacaq. Macarıstan, Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısı əsnasında, yardım ayrılmasını əngəlləməyə davam edib.
Bu həftə Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, Budapeşt Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketini hazırkı formada dəstəkləməyəcək.
Xəbər lenti
0