Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada sürüşmə evlərə təhlükə yaradıb?

© SputnikAstarada sürüşmə
Astarada sürüşmə - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Abunə olmaq
Əli Əliyev bildirib ki, 30 metr uzununda 8 metr enində kütlə qoparaq çaya düşüb.
BAKI, 31 may — Sputnik. Astaranın Şiyəkəran kəndində torpaq sürüşməsi təhlükəsi ilə bağlı hələ bir müddət öncə Nazirlər Kabinetinə məlumat verilib. Amma hazırda orda evlərə sürüşmə təhlükəsi yoxdur. Həmin kənddə bir kütlə qoparaq çaya düşüb.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
© SputnikAstarada sürüşmə
Astarada - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Astarada sürüşmə
Ə.Əliyev deyib ki, Şiyəkəran kənd icra nümayəndəliyi və bələdiyyə ilə əlaqə saxlayıb. Onlar evlərə heç bir təhlükə olmadığını söyləyiblər.
© SputnikAstarada sürüşmə
Astarada - Sputnik Azərbaycan, 1920, 31.05.2024
Astarada sürüşmə
"Sadəcə güclü yağışlar nəticəsində sakinlərin əkdikləri sitrus və digər meyvə ağacları çaya tökülüb. 30 metr uzununda 8 metr enində kütlə qoparaq çaya düşüb. Evlərdən 24 metr aralıda baş verib. Evlərə ciddi təhlükə yaranmayıb. Amma ümumilikdə o ərazi sürüşmə ərazisidir" - Əli Əliyev bildirib.
Qeyd edək ki, Astara Rayonun Şiyəkəran kəndində, "Məscid məhəllə" deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yarandığı barədə mətbuatda məlumat yayılıb.
Xəbər lenti
0