https://sputnik.az/20240530/neft-ucuzlasib---opec-in-toplantisi-ve-abs-de-neft-ehtiyatlari-diqqet-merkezindedir-465023036.html
Neft ucuzlaşıb - OPEC-in toplantısı və ABŞ-də neft ehtiyatları diqqət mərkəzindədir
Neft ucuzlaşıb - OPEC-in toplantısı və ABŞ-də neft ehtiyatları diqqət mərkəzindədir
Sputnik Azərbaycan
"OPEC plyus"un toplantısında hasilatın azaldılmasının uzadılmasının, keçən ay qiymətlərin düşməsinin, Çində aşağı tələb proqnozunun və digər məsələlərin... 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T11:44+0400
2024-05-30T11:44+0400
2024-05-30T12:06+0400
neft
neft-qaz
azeri light markalı neft
brent
qiymət
birja
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840643_0:313:2047:1464_1920x0_80_0_0_1a79d1ba2ff5b60ffe100849da9e3b6c.jpg
BAKI, 30 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Bazarlar ABŞ-ın xam neft ehtiyatları ilə bağlı məlumatları, "OPEC plyus"un toplantısını gözləyir. "Brent" nefti 4 sent ucuzlaşaraq 83,56 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 10 sent ucuzlaşaraq 79,13 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 12 sent azalaraq 84,93 dollar təşkil edib. Qeyd edək ki, "OPEC plyus"un toplantısında hasilatın azaldılmasının uzadılmasının, keçən ay qiymətlərin düşməsinin, Çində aşağı tələb proqnozunun və digər məsələlərin müzakirə edilməsi gözlənilir. Hasilatın azaldılmasının 2024-cü ilin ikinci yarısına qədər uzadılması gözlənilir. İlkin olaraq, 30 noyabr 2023-cü ildə baş tutan son OPEC iclasında bir sıra alyans ölkələri neft bazarını tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının könüllü olaraq 2,2 milyon barel azaldılması barədə razılığa gəliblər. 2024-cü ilin birinci rübündən etibarən bir neçə "OPEC plyus" ölkəsi bazarı tarazlamaq üçün könüllü olaraq neft hasilatını gündəlik ümumilikdə 2,2 milyon barel azaldır. Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-ın xam neft ehtiyatları keçən həftə 6,49 milyon barel azalıb. Bu, rəsmi olaraq təsdiqlənərsə, yanvar ayından bəri ən böyük azalma olacaq. Qeyd edək ki, "Brent" ötən həftə təxminən 2%, WTI təxminən 3% ucuzlaşıb. ABŞ Mərkəzi Bankının (FED) protokolları faiz dərəcələrini daha da artırmağa hazır olduqlarını göstərdikdən sonra qiymətlər ucuzlaşıb. Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840643_95:0:2047:1464_1920x0_80_0_0_b62ecf26554e5209ff7fc5dbe8a0432c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft, brent, qiymət, birja, azərbaycan
neft, azeri light markalı neft, brent, qiymət, birja, azərbaycan
Neft ucuzlaşıb - OPEC-in toplantısı və ABŞ-də neft ehtiyatları diqqət mərkəzindədir
11:44 30.05.2024 (Yenilənib: 12:06 30.05.2024) "OPEC plyus"un toplantısında hasilatın azaldılmasının uzadılmasının, keçən ay qiymətlərin düşməsinin, Çində aşağı tələb proqnozunun və digər məsələlərin müzakirə edilməsi gözlənilir.
BAKI, 30 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Bazarlar ABŞ-ın xam neft ehtiyatları ilə bağlı məlumatları, "OPEC plyus"un toplantısını gözləyir.
"Brent" nefti 4 sent ucuzlaşaraq 83,56 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 10 sent ucuzlaşaraq 79,13 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 12 sent azalaraq 84,93 dollar təşkil edib.
Qeyd edək ki, "OPEC plyus"un toplantısında hasilatın azaldılmasının uzadılmasının, keçən ay qiymətlərin düşməsinin, Çində aşağı tələb proqnozunun və digər məsələlərin müzakirə edilməsi gözlənilir. Hasilatın azaldılmasının 2024-cü ilin ikinci yarısına qədər uzadılması gözlənilir. İlkin olaraq, 30 noyabr 2023-cü ildə baş tutan son OPEC iclasında bir sıra alyans ölkələri neft bazarını tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının könüllü olaraq 2,2 milyon barel azaldılması barədə razılığa gəliblər. 2024-cü ilin birinci rübündən etibarən bir neçə "OPEC plyus" ölkəsi bazarı tarazlamaq üçün könüllü olaraq neft hasilatını gündəlik ümumilikdə 2,2 milyon barel azaldır.
Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-ın xam neft ehtiyatları keçən həftə 6,49 milyon barel azalıb. Bu, rəsmi olaraq təsdiqlənərsə, yanvar ayından bəri ən böyük azalma olacaq.
Qeyd edək ki, "Brent" ötən həftə təxminən 2%, WTI təxminən 3% ucuzlaşıb. ABŞ Mərkəzi Bankının (FED) protokolları faiz dərəcələrini daha da artırmağa hazır olduqlarını göstərdikdən sonra qiymətlər ucuzlaşıb.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.